Ermənistanın qeyri sabit siyasəti ciddi suallar yaradır Deputat
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
“Ermənistanın qeyri-sabit siyasət yürütməsi ciddi suallar doğurur. Bu ölkənin hakimiyyətinin verdiyi bəyanatların nə dərəcədə etibarlı olduğu aydın deyil”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarına toxunaraq bildirib ki, onun sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyində ziddiyyətlər müşahidə olunur. Quliyevin sözlərinə görə, Paşinyanın əvvəlki bəyanatlarında sülh müqaviləsinin daha yaxın müddətdə imzalana biləcəyi bildirilsə də, son açıqlamalar prosesin uzana biləcəyini göstərir.
Azay Quliyev hesab edir ki, bu cür yanaşma sülh prosesinə etimadı zəiflədir. Azərbaycan sülhün qorunub möhkəmləndirilməsində maraqlıdır, lakin bunun üçün qarşı tərəfin də ardıcıl mövqe nümayiş etdirməsi vacibdir.
Deputat Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları məsələsinə də toxunub. O bildirib ki, bu iddiaların aradan qaldırılması regionda münasibətlərin normallaşması baxımından əhəmiyyətlidir.
Quliyevin fikrincə, Ermənistan mövcud ziddiyyətləri həll etmədən və aydın mövqe ortaya qoymadan regionda davamlı sülhün təmin olunması çətin olacaq.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 Oktyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















