Icma.az
close
up
RU
Ermənistanın intensivləşən təxribatları: Paşinyan Trampın diqqətini regiona çəkmək istəyir

Ermənistanın intensivləşən təxribatları: Paşinyan Trampın diqqətini regiona çəkmək istəyir

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər şərti sərhəddəki mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən davamlı atəşə məruz qalır və bu, sistemli xarakter daşıyır. Təxribatların intensivliyinin artmasının səbəbi nədir? Sülh müqaviləsinin müzakirə edildiyi vaxtda Ermənistan silahlı qüvvələri mövqelərimizi niyə davamlı atəşə tutur?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bu, Ermənistanın Azərbaycana siyasi təzyiq cəhdidir:

"Çünki bu cür təxribatlar Ermənistanın Azərbaycanı tələsik sülh müqaviləsinə imza atmaq çağırışından sonra baş verir. Ermənistan köhnə təfəkkürlə belə hesab edir ki, bununla Azərbaycanı konstitusiyasını dəyişmədən, Minsk qrupu buraxılmadan sülh müqaviləsi imzalamağa məcbur edəcək. Sonradan isə həmin öhdəlikləri yerinə yetirməyərək mövqeyini qoruyub saxlaya biləcək. Amma çox böyük səhv edir. Ermənistan hesab etməsin ki, bu cür təxribatlar uzun müddət davam edəcək".

"İrəvan unutmasın ki, Azərbaycan necə ki, öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, onu qorumağa da layiqdir. Yaxşı olar ki, Ermənistan Azərbaycanın səbri ilə oynamasın, çünki rəsmi Bakı bu təxribatlara hər zaman layiqli cavab vermək iqtidarındadır", - deyə deputat əlavə edib.

Politoloq Zeynal Əmrəliyev isə Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistan bir tərəfdən özünü beynəlxalq ictimaiyyətə sülh təşəbbüskarı kimi göstərir, digər yandan da atəşkəs rejimini davamlı şəkildə pozur:

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu günlərdə verdiyi açıqlamasında ölkəsinin sülh gündəliyinə sadiqliyi barədə danışırdı. Eyni gün və ondan əvvəlki gün isə erməni ordusu cəbhədə təxribatlar həyata keçirirdi. Düzdür, rəsmi İrəvan ilk öncə bunu boynuna almasa da, daha sonra baş nazir Nikol Paşinyanın Müdafiə Nazirliyinə atəşkəsi pozmamaları üçün tapşırıq verməsi hər şeyi açıq şəkildə ortaya qoydu".

"Görünür, Ermənistan Hindistan və Fransadan aldığı silahlarla həvəsə gələrək yenidən revanş götürmək istəyir. ABŞ-nin sabiq prezidenti Co Baydenin hakimiyyətinin sonuna yaxın ABŞ ilə strateji əməkdaşlıq müqaviləsi imzalansa da, Donald Tramp hakimiyyətə gəldikdən sonra Ermənistana çox da əhəmiyyət vermir. Paşinyan həm də Trampın diqqətini regiona çəkmək istəyir. Azərbaycan sülh gündəliyinə sadiqdir və qalıcı sülhün əldə edilməsi üçün çalışır. Ancaq bu cür təxribatlar davam edərsə, Azərbaycan ordusu adekvat cavab verəcək. Son beş ildə baş verənlər göstərir ki, bu, Ermənistan üçün heç də yaxşı nəticəyə səbəb olmayacaq", - deyə ekspert əlavə edib.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri