Icma.az
close
up
RU
Ermənistanın silahlandırması İrəvanın saxta sülhpərvərliyini ifşa edir

Ermənistanın silahlandırması İrəvanın saxta sülhpərvərliyini ifşa edir

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa və Hindistanın ardınca Yunanıstanın da Ermənistanı silahlandırması "sülh" demaqogiyası ilə gözdən pərdə asan rəsmi İrəvanın revanşizmə istiqamət götürməsindən, növbəti müharibəyə hazırlaşmasından xəbər verir.

Bunu" Xalqcebhesi.az-a Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.

O, qeyd edib ki, Fransa özünün təsir gücünə malik olduğu ölkələri, o cümlədən Hindistan və Yunanıstanı Ermənistanla sıx hərbi-texniki əməkdaşlığa təhrik edir. Yunanıstanla Ermənistan arasında hərbi sahədə əməkdaşlığa dair anlaşmanın mövcud olması və bu iki ölkənin birgə hərbi təlimlər keçirməsi indi heç kim üçün sirr deyil. Sözügedən razılaşmaya uyğun olaraq Yunanıstan hazırda keçmiş sovet və müasir Rusiya silahlarını Ermənistana satır. Rəsmi Afinanın Ermənistana S300 raket komplekslərini verməsi də məhz iki ölkə arasındakı məlum sövdələşmənin nəticəsidir:

"İş o yerə çatıb ki, artıq Fransa, Yunanıstan və digər ölkələr Ermənistanı silahlandırmaqlarını hətta gizlətməyə də belə cəhd göstərmirlər. Təsadüfi deyil ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias bu ilin mart ayında İrəvana səfəri zamanı bildirmişdi ki, onun ölkəsi hazırda Fransa, Hindistan və Ermənistanla birlikdə “üçtərəfli və dördtərəfli” müdafiə əməkdaşlığını formalaşdırmaqla məşğuldur. Bu prosesdə əsas moderator rolunu da məhz Fransa öz üzərinə götürüb. Ermənistana verilməkdə olan silahlar da sözügedən “üçtərəfli və dördtərəfli” cinayətkar qruplaşmanın yaratdığı sxem üzrə realizə olunur, İrəvana çatdırılır.

Eyni zamanda onu da qeyd etməliyik ki, Yunanıstanın Ermənistana silah satması xristian həmrəyliyinin təzahürüdür. Türkiyəyə qarşı ənənəvi düşmən mövqeyindən çıxış edən Yunanıstan Ermənistanı da Azərbaycana qarşı silahlandırmaqla anti-türk cəbhəsinin formalaşdırılmasında yaxından iştirak edir. Beləliklə, Fransanın diktəsi ilə hərəkət edən qüvvələr Ermənistandan Türk dünyasına qarşı "dəyənək" kimi istifadə etməyə çalışırlar. Bu cür təhlükəli planlar regionda yeni hərbi eskalasiya üçün zəmin yaradır. Baş verənlər Ermənistanın havadarlarının Cənubi Qafqazda açıq-aşkar qarşıdurmanı körüklədiklərini göstərir. Onların qızışdırıcı, təhrikçi addımları Ermənistanı sülhdən yayındırır".

Ə.Hüseynovun fikrincə, Ermənistanın sürətlə silahlandırılması fonunda bu ölkənin baş naziri Nikol Paşinyanın bu ilin sonuna qədər Azərbaycanla sülh sazişini imzalamaq üçün əlindən gələni edəcəyini bəyan etməsi isə ən yaxşı halda istehza doğurur. Çünki bir ölkənin eyni vaxtda həm silahlanması, həm də sülh ritorikasından gen-bol istifadə etməsi heç cürə bir araya sığmır:

"Heç şübhəsiz ki, bu da Ermənistan rəhbərinin növbəti hiyləgər gedişlərindən biridir. Əslində Paşinyan sülh ritorikasından ölkəsinin silahlanmasını pərdələmək üçün istifadə edir. Lakin silahlanmanı heç nə ilə pərdələmək mümkün deyil. Fransa, Hindistan, Yunanıstan və digər ölkələrin Ermənistanı silahlandırması İrəvanın saxta "sülhpərvər"liyini ifşa edir".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see201

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see131

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see121

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see115

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see114

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see114

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see113

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see111

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see111

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see109

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see109

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri