Icma.az
close
up
RU
Ermənistanı silahlandırması İrəvanın saxta sülhpərvərliyini ifşa edir

Ermənistanı silahlandırması İrəvanın saxta sülhpərvərliyini ifşa edir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Fransa və Hindistanın ardınca Yunanıstanın da Ermənistanı silahlandırması "sülh" demaqogiyası ilə gözdən pərdə asan rəsmi İrəvanın revanşizmə istiqamət götürməsindən, növbəti müharibəyə hazırlaşmasından xəbər verir. Fransa özünün təsir gücünə malik olduğu ölkələri, o cümlədən Hindistan və Yunanıstanı Ermənistanla sıx hərbi-texniki əməkdaşlığa təhrik edir. Yunanıstanla Ermənistan arasında hərbi sahədə əməkdaşlığa dair anlaşmanın mövcud olması və bu iki ölkənin birgə hərbi təlimlər keçirməsi indi heç kim üçün sirr deyil. Sözügedən razılaşmaya uyğun olaraq Yunanıstan hazırda keçmiş sovet və müasir Rusiya silahlarını Ermənistana satır. Rəsmi Afinanın Ermənistana S300 raket komplekslərini verməsi də məhz iki ölkə arasındakı məlum sövdələşmənin nəticəsidir.
İş o yerə çatıb ki, artıq Fransa, Yunanıstan və digər ölkələr Ermənistanı silahlandırmaqlarını hətta gizlətməyə də belə cəhd göstərmirlər. Təsadüfi deyil ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias bu ilin mart ayında İrəvana səfəri zamanı bildirmişdi ki, onun ölkəsi hazırda Fransa, Hindistan və Ermənistanla birlikdə “üçtərəfli və dördtərəfli” müdafiə əməkdaşlığını formalaşdırmaqla məşğuldur. Bu prosesdə əsas moderator rolunu da məhz Fransa öz üzərinə götürüb. Ermənistana verilməkdə olan silahlar da sözügedən “üçtərəfli və dördtərəfli” cinayətkar qruplaşmanın yaratdığı sxem üzrə realizə olunur, İrəvana çatdırılır.
Eyni zamanda onu da qeyd etməliyik ki, Yunanıstanın Ermənistana silah satması xristian həmrəyliyinin təzahürüdür. Türkiyəyə qarşı ənənəvi düşmən mövqeyindən çıxış edən Yunanıstan Ermənistanı da Azərbaycana qarşı silahlandırmaqla anti-türk cəbhəsinin formalaşdırılmasında yaxından iştirak edir. Beləliklə, Fransanın diktəsi ilə hərəkət edən qüvvələr Ermənistandan Türk dünyasına qarşı "dəyənək" kimi istifadə etməyə çalışırlar. Bu cür təhlükəli planlar regionda yeni hərbi eskalasiya üçün zəmin yaradır. Baş verənlər Ermənistanın havadarlarının Cənubi Qafqazda açıq-aşkar qarşıdurmanı körüklədiklərini göstərir. Onların qızışdırıcı, təhrikçi addımları Ermənistanı sülhdən yayındırır.
Ermənistanın sürətlə silahlandırılması fonunda bu ölkənin baş naziri Nikol Paşinyanın bu ilin sonuna qədər Azərbaycanla sülh sazişini imzalamaq üçün əlindən gələni edəcəyini bəyan etməsi isə ən yaxşı halda istehza doğurur. Çünki bir ölkənin eyni vaxtda həm silahlanması, həm də sülh ritorikasından gen-bol istifadə etməsi heç cürə bir araya sığmır. Heç şübhəsiz ki, bu da Ermənistan rəhbərinin növbəti hiyləgər gedişlərindən biridir. Əslində Paşinyan sülh ritorikasından ölkəsinin silahlanmasını pərdələmək üçün istifadə edir. Lakin silahlanmanı heçnə ilə pərdələmək mümkün deyil. Fransa, Hindistan, Yunanıstan və digər ölkələrin Ermənistanı silahlandırması İrəvanın saxta "sülhpərvər"liyini ifşa edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Noyabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri