Icma.az
close
up
RU
Ermənistanın sülhlə manipulyasiyası: Bakının haqlı tələblərinə qarşı İrəvanın bəhanələri

Ermənistanın sülhlə manipulyasiyası: Bakının haqlı tələblərinə qarşı İrəvanın bəhanələri

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumunda müzakirə edilən əsas mövzulardan biri də Azərbaycan-Ermənistan sülh prosesi olub. Forum çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib, eyni zamanda "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi aparılıb. Panel iclasında Ceyhun Bayramov və Ararat Mirzoyanla yanaşı, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iştirak də edib. 

Əsas məqsədi dünyada baş verən böhranların həllinə diplomatiya vasitəsilə töhfə vermək olan Antalya Forumunda Bakının İrəvanla sülh sazişi imzalanması üçün irəli sürdüyü şərtlər bir daha diqqətə çatdırılıb. XİN başçısı Ceyhun Bayramov bəyan edib ki, təxminən iki il yarımlıq prosesdən sonra tərəflər yekun razılaşmaya gəlib. Prosesin tam şəkildə başa çatması və sülh sazişinin imzalanması üçün bir sıra zəruri addımların atılması vacibdir. Nazir əlavə edib ki, ilk növbədə, artıq köhnəlmiş və funksionallığını itirmiş Minsk qrupu ləğv edilməli, eyni zamanda Ermənistan Konstitusiyasında dəyişikliklər edilməli və Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Münaqişənin qalığı olan ATƏT-in Minsk qrupunun ləğv edilməsindən və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin bərpası qarşısında heç bir maneə qalmayacaq.

Azərbaycan öz iki əsas şərtini dəfələrlə qarşı tərəfin diqqətinə çatdırıb. Sülh prosesini yekunlaşdırmaq üçün Ermənistanın bu şərtləri yerinə yetirməsi vacibdir. Birincisi, Minsk qrupu yalnız sözdə mövcuddur, onun heç bir fəaliyyəti yoxdur. Bu təsisata ehtiyac da qalmayıb. Çünki Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Deməli, Minsk qrupu da keçmişdir və bu təsisatın heç bir perspektivi yoxdur, sadəcə kağız üzərində mövcuddur. İkincisi, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alıb ki, onlar aradan qaldırılmadan sülh sazişi imzalamaq mümkün deyil. Amma İrəvan hər zaman olduğu kimi, bu məsələdə də bəhanələr irəli sürür, öz məsyliyyətini Azərbaycanla bölüşməyə çalışır. 

Forumda Ararat Mirzoyanın səsləndirdiyi fikirlər onu göstərir ki, Ermənistan sözdə sülh deyir, Azərbaycanla tam olaraq sülhə nail olmaq, dövlətlərarası münasibətləri bərpa etməkdə maraqlı deyil. Sadəcə tələsik sülh sazişi imzalamaq çağırışları ilə özünü beynəlxalq aləmdə sülhpərvər kimi göstərməyə can atır. Amma Bakı heç bir halda buna yol verməyəcək. Ermənistan Konstitusiyasını mütləq dəyişməlidir. 

Erməni nazir bəyan edib ki, analoji Konstitusiya iddialarının Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılması mümkündür, lakin İrəvan belə bir addım atmır. 

C.Bayramov isə cavab olaraq bildirib ki, Azərbaycan Konstitusiyasında Ermənistandan fərqli olaraq hər hansı ərazi iddiası yer almır və əgər belə bir fakt olsaydı, Ermənistan tərəfi mütləq bu məsələni qaldırardı. XİN başçısı əlavə edib ki, Konstitusiya dəyişikliyi olmadan Ermənistanla sülh müqaviləsinin imzalanması məntiqsizdir. Belə ki, heç bir beynəlxalq razılaşma ölkənin Əsas qanunu olan Konstitusiyaya zidd ola bilməz. Bu baxımdan sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü tanınsa belə, o, Ermənistan Konstitusiyasına zidd olacağı üçün hüquqi qüvvəsi sual altında qalacaq. Nazir bu baxımdan Ermənistanın müvafiq Konstitusiya dəyişikliyinin sülh razılaşmasının imzalanmasından öncə baş verməli olduğunu vurğulayıb.

Erməni nazir ATƏT-in Minsk qrupunun buraxılması barədə sənədin sülh razılaşması ilə birlikdə imzalanmasını təklif edib: “Bu strukturlar münaqişə olmadığı zaman ləğv edilə bilər. Maraqlı sual budur ki, bizim münaqişəmiz var, yoxsa yox? Yerdə bizim de-fakto münaqişəmiz yoxdur. Kağız üzərində isə imzalanmış və rartifikasiya edilmiş sülh və dövlətlərarası əlaqələrin bərpasına dair razılaşmamız yoxdur. Bizim üçün həll aydındır – biz razılaşma imzalamalıyıq. Münaqişəyə institusional qaydada son qoymalıyıq və istəyirsinizsə bunu (Minsk qrupunu – red.) elə eyni gündə də ləğv edə bilərik. 10 dəqiqə ara ilə. Bir sənədin ardınca digəri. Mən hətta demirəm ki, hansı sənəd birinci imzalanmalıdır”.

Göründüyü kimi, Ermənistan yenə də qeyri-müəyyən mövqe sərgiləyir, bəhanələr irəli sürür, konkret yanaşma ortaya qoymaqdan çəkinir. Bununla da əlavə vaxt qazanmağa, prosesi uzatmağa çalışır. Amma qazanacağı vaxt ona heç nə verməyəcək. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməyənə qədər dalan olaraq qalacaq, regiondakı layihələrdən özü-özünü təcrid etməkdə davam edəcək. Ermənistanın bu mövqeyi həm də revanşizm meyllərinin göstərcisidir. Aydın məsələdir ki, təkcə müxalifətdə deyil, hakimiyyətdə də revanşizm mövcuddur. Azərbaycan Prezidenti ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda bu məqama toxunaraq Ermənistan siyasi düşərgəsinin çox dəqiq təsvirini verərək bildirib ki, Ermənistanda kifayət qədər güclü revanşist qruplar var: “Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir”.

Dövlət başçısının vurğuladığı kimi, sülh sazişi ilə bağlı top Ermənistandadır. 

Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı “525”ə deyib ki, Azərbaycan 44 günlük müharibə başa çatdıqdan dərhal sonra sülh təşəbbüsü ilə çıxış etdi. Ölkəmiz tərəfindən beynəlxalq hüququn beş baza prinsipi əsasında sülh müqaviləsinin imzalanması təklif olundu. Azərbaycan həm ədalətə, həm də beynəlxalq hüquqa əsaslanan tələblər də irəli sürüb, o tələblər yerinə yetirilməyəcəyi təqdirdə hər hansı sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz.

Deputat söyləyib ki, ilk növbədə Ermənistan Konstitusiyasında Azəbaycana qarşı yer alan ərazi iddialarından geri çəkilməli, eyni zamanda, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət etməlidir: “Bizim son əsas şərtlərimiz bunlardır. Amma paralel olaraq Azərbaycanın digər haqlı tələbləri də var. Dörd kəndimiz hələ də Ermənistanın işğalı altındadır. Ermənistan demarkasiya və delimitasiya məsələsində qeyri-konstruktivlik nümayiş etdirməkdədir, nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bütün bunların fonunda Ermənistanın XİN rəhbərinin ölkəsinin Azərbaycana ərazi iddilarının olmadığını deməsi erməni riyakarlığından başqa bir şey deyil”.
A.Əlizadə əlavə edib ki, sülh müqaviləsi imzalanana qədər Ermənistan Konstitusiyasında dəyişiklik etməlidir, ATƏT-in Minsk qrupundan imtina ilə bağlı öz qəti mövqeyini bildirməlidir: “Bundan sonra sülh müqaviləsinin, yaxud çərçivə sazişinin imzalanmasından söhbət gedə bilər. Sülh müqaviləsi ilə paralel bu şərtlərin təmin ediləcəyi ilə bağlı deyilən fikirlər riyakarlıqdır”.

A.Əlizadə əlavə edib ki, Ermənistan güvənli dövlət deyil, söhbət ərazilərimizi 30 ilə yaxın işğal altında saxlayan qondarma dövlətdən gedir: “Baş nazir Nikol Paşinyan da deyirdi ki, Azərbaycana qarşı ərazi iddiaları olmayacaq, amma biz nə Paşinyanla, nə Mirzoyanla, nə digərləri ilə müqavilə imzalayırıq. Biz sülh müqaviləsini Ermənistan adlı dövlətlə imzalayırıq. Ona görə də dövlət təminatı olmalıdır. Digər şərtlərimiz də yerinə yetirilməlidir ki, sülh müqaviləsi imzalanma mərhələsinə gəlib çatsın, əks halda bu, qeyri-mümkün olacaq”.

Deputat vurğulayıb ki, Paşinyan yeni Konstitusiyanın qəbulu ilə bağlı mesajlarını verib və bu, birmənalı qarşılanmayıb: “Bunun da fərqindəyik. Eyni zamanda, 2027-ci ildə yeni Konstitusiyanın qəbulu barədə Paşinyan danışmışdı. Ermənistanın ədliyyə naziri isə gələn il yeni Konstitusiyanın qəbulu ilə bağlı mesaj verib. Bu il Konstitusiyada dəyişiklik edilməyəcəyi ilə bağlı artıq bir fikir yaradılıb. Bu, ən azı 2026-cı ildə baş verə bilər. Belə olan halda təbii ki, bu il də sülh müqaviləsinin imzalanması mümkün olmayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1219

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see187

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see144

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri