“Ermənistanın silah bazarları məhdudiyyətsizdir” Paşinyan irəvanın silahlandığını etiraf etdi
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
“Əvvəllər Ermənistanın silah alqı-satqısı bazarları məhdud idi — məhdudiyyətlər yalnız coğrafiya ilə deyil, əlçatanlıqla da bağlıydı. İndi isə bazarlarımız əslində məhdudiyyətsizdir”.
"AzPolitika" xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan əlavə edib ki, “məhdudiyyətsiz” anlayışını çeşid baxımından tam əhatəli qəbul etmək olmaz: “Deyə bilmərik ki, biz mümkün olan bütün növ silahları əldə etməyə çalışırıq”.
Paşinyan bazarların genişlənməsinin əsas səbəbini strateji legitimliklə izah edib. Onun sözlərinə görə, hansısa ölkə Ermənistanla hərbi-texniki əməkdaşlığa dair müzakirə apararkən narahat olmamalıdır ki, alınan silahlar qanunsuz məqsədlər üçün istifadə edilə bilər.
"AzPolitika.info"
Baxış sayı:48
Bu xəbər 15 Sentyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















