Icma.az
close
up
RU
Ermənistanın sülhdən milyardlıq qazancı

Ermənistanın sülhdən milyardlıq qazancı

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanla Azərbaycan arasında sülh prosesi fonunda ABŞ-nin İrəvana təklif etdiyi iqtisadi və texnoloji imkanlarla bağlı yeni detallar ortaya çıxıb. 

Baş nazirin sözçüsü Melaniya Harutyunyan "The Wall Street Journal"-a müsahibədə bildirib ki, Azərbaycanla sülh Ermənistan hökumətinin ən vacib vədidir və Baş nazir Nikol Paşinyanın bunu yerinə yetirmək üçün xalqdan açıq bir mandat alıb. 

O, nəşrin ABŞ-nin iqtisadi və texnoloji təkliflərinin Ermənistan-Azərbaycan sülh razılaşma prosesindəki rolu ilə bağlı məqaləsini şərh edib. Qeyd edib ki, ötən ilin avqust ayında Vaşinqtonda imzalanan ikitərəfli sənədlər, o cümlədən yarımkeçiricilər və süni intellekt sahələrində anlaşma memorandumu, sülh prosesi nəticəsində Ermənistan üçün yaradılan mühüm imkanları təmsil edir. 

“The Wall Street Journal” qəzetinin yazdığına görə, Vaşinqton Ermənistanın sülh sazişinə razılaşmasını təşviq etmək üçün ölkəyə müasir texnologiyalara çıxış vədini iqtisadi stimul kimi təqdim edib. Xüsusilə “Nvidia”nın qabaqcıl süni intellekt çiplərinin Ermənistana ixracına icazə verilməsi bu siyasətin əsas elementlərindən biri olub. Söhbət 5 milyard dollarlıq bir layihədən gedir.

Görünən odur ki, Ermənistan sülhdən istifadə edərək özünə iqtisadi dayaq axtarır. 

"Cebheinfo.az"-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli bildirib ki, sülh müqaviləsi Ermənistan üçün yeni iqtisadi imkanların qapısını aça bilər. O bildirib ki, kommunikasiyaların açılması Ermənistan üçün yeni iqtisadi imkanlar yaradacaq: 

"Ümumiyyətlə, Nikol Paşinyan hakimiyyəti yaxşı anlayır ki, ölkənin gələcək taleyi və təhlükəsizliyi, ilk növbədə Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir. Bu gün Azərbaycanın həyata keçirdiyi qətiyyətli sülh və təhlükəsizlik siyasəti Ermənistanı konkret bir yol qarşısında qoyur. 

Bölgədə dayanıqlı və uzunmüddətli təhlükəsizliyin, əmin-amanlığın təmin olunması, hərbi təhdidlərin tamamilə aradan qaldırılması və nəqliyyat-kommunikasiya xətlərinin açılması məhz sülh müqaviləsinin imzalanması ilə mümkün ola bilər". 

Siyasi şərhçi əlavə edib ki, Ermənistan Azərbaycanla sülhdən sonra qarşılıqlı sərmayələrə ümid edir: 

"Təbiidir ki, gələcəkdə Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayarsa, qarşılıqlı iqtisadi əlaqələrin, ticarət münasibətlərinin, idxal-ixrac əməliyyatlarının, hətta qarşılıqlı sərmayələrin qoyulması belə real perspektivə çevrilə bilər. 

Ona görə də Ermənistan bu gün vəziyyəti düzgün qiymətləndirir və Azərbaycanın bölgədə yaratdığı reallığa konstruktiv yanaşır. Hesab edirik ki, yaxın zamanda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq". 

Sahil Kərimli vurğulayıb ki, Azərbaycanın haqlı və ədalətli tələbləri var: 

"Bunlardan biri Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir. Eyni zamanda, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi də həllini tapmalıdır. Hazırda Sovet dövründən və müstəqilliyin ilk illərindən Ermənistanın nəzarətində qalan Azərbaycanın bir neçə suveren yaşayış məntəqəsi mövcuddur. 

Ona görə də bu məsələlər öz həllini tapmalıdır. Digər əsas məsələ isə Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi Azərbaycanın müəllifi olduğu dünyamiqyaslı layihədir. 

Burada uzaq Çindən Avropaya qədər uzanan, Azərbaycan ərazisindən keçən və Naxçıvanı maneəsiz şəkildə ölkənin əsas hissəsi ilə birləşdirən nəqliyyat yolundan söhbət gedir. Ermənistan bu layihənin reallaşdırılması istiqamətində də tezliklə addımlar atmalıdır". 

O bildirib ki, yalnız bundan sonra Ermənistanla Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətləri tam gücü ilə işləyəcək: 

"Təkcə Ermənistan və Azərbaycan deyil, burada Orta Dəhliz üzərində yerləşən bütün ölkələr iqtisadi dividendlər qazanacaqlar. Ermənistan uzun illərdir iqtisadi tənəzzül yaşayan, müəyyən mənada təcrid olunmuş bir ölkə kimi yaxşı anlayır ki, əgər kommunikasiya xətləri açılarsa, qarşılıqlı idxal-ixrac əməliyyatları və iqtisadi-ticari əlaqələr güclənərsə, bu, Ermənistan iqtisadiyyatına da çox ciddi gəlirlər və dividendlər qazandıracaq. 

Ona görə də Nikol Paşinyan bu gün Azərbaycan qarşısında götürdüyü öhdəliklərə sadiqliyini nümayiş etdirir. Çünki onun başqa yolu da yoxdur. Erməni xalqı da Nikol Paşinyana növbəti dəfə etimad göstərərək ona mandat verib və təbii ki, bu prosesin yekunlaşacağına ümid edir. 

Əgər Nikol Paşinyan verdiyi vədlərə əməl edərsə, bu, həm Ermənistanın gələcək taleyi, həm də iqtisadi şaxələnməsi baxımından çox ciddi üstünlük deməkdir". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

 

Açar sözlər: Sahil Kərimli sülh

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri