Icma.az
close
up
RU
Deputat: “Ermənistanın sülhdən başqa yolu qalmayıb”

Deputat: “Ermənistanın sülhdən başqa yolu qalmayıb”

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Millət vəkili Sahib Alıyev bu gün Milli Məclisin plenar iclasında Laçındakı üçlü Zirvə Görüşünə beynəlxalq müstəvidə verilən birbaşa, eləcə də dolayı reaksiyaların arxasında nə dayandığına aydınlıq gətirərək, artıq Ermənistanın sülhdən başqa ayrı yol buraxılmadığını vurğulayıb.
Öncə Zirvə haqda onu deyim ki, burada böyük itkilər versələr də, milli maraqlarının təminində bir addım belə geri çəkilməyən, son illər qürurverici uğurlar əldə edən dövlətlərin başçılarının görüşlərindən söhbət gedir. Həm də o dövlətlərin ki, Pakistan baş nazirinin çıxışında da vurğuladığı kimi aralarında bir-birinə sarsılmaz güvən var. Əksər multilateral və minilateral birliklərdə dövlətlər arasında belə güvən yoxdur. Bunun nə anlam daşıdığını, Azərbaycanın Müstəqillik Günündə belə Zirvənin niyə cənab Prezidentin oradakı çıxışında da vurğulandığı kimi Sovet Rusiyasının qərb hissəsini qanunsuz şəkildə Ermənistana verdiyi Zəngəzurun incisi Laçında keçirildiyinin və elə həmin gün Azərbaycanla Türkiyənin dövlət başçılarının orada beynəlxalq hava limanın açılışını nədən birgə etdiklərinin yaxşı fərqində olduqlarından bəziləri Ermənistanı Zəngəzur dəhlizinin açılmayacağı barədə konkret mövqe ortaya qoymağa çağırır, digərləri sözü gedən bölgədə hansısa gərginlikdən dəm vurur, Qafan, yaxud da Gorusda konsulluq açmaq üçün dəridən-qabıqdan çıxırlar.
Maraqlıdır, orada artıq konsulluq açanları, yaxud da açmağı planlaşdıranları Qərbi Zəngəzura çəkib gətirən nədir? Bəlkə, Sünik adlandırılan yerdə onlarla kəndin niyə boş qaldığını, Qərbi Zəngəzurun Ermənistan ərazisinin 15 faizini təşkil etdiyi halda, nə səbəbdən əhalinin ancaq 4,7%-nin orada yaşadığını bilmək istəyirlər. Bilmirlərsə deyim, çünki ora azərbaycanlıların yurdudur, o boş qalan kəndlər bizimkilərdir.
Əlbəttə, yırtıcıların Zəngəzura niyə belə diqqət yetirdikləri onların təqdim etməyə çalışdıqları kimi qətiyyən hayların maraqlarını güdmələri ilə bağlı deyil. Hindistan nəşrlərindən birinin yazdığı kimi onları narahat edən region üzərində nəzarətin tək Güney Qafqazda yox, onun sərhədlərindən çox-çox uzaqlardakı proseslərə də təsirsiz ötüşməyəcəyidir. Ermənistanın özünə gəldikdə, oranın parlamentinin spikeri Alen Simonyan soydaşlarına Azərbaycanla heç bir savaş gözlənilmədiyini, sülh olacağını bildirərək qarşılıqlı ticarətə hazır olmağa çağırır. Onun Köçəryan-Sərkisyan cütlüyünün tərəfdarlarını həm də ağır təhqirlə dolu bu açıqlaması adamın yadına “qız evində toydur, oğlan evinin xəbəri yox” məsələni, yaxud da lotereya almayıb Allahdan ona avtomobil udmasında kömək göstərməyi diləyən haqdakı lətifəni salır.
Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bildirib ki, bizim sırf beynəlxalq hüquqa dayanan iki tələbimiz yerinə yetirilmədiyi təqdirdə hər hansı sülh anlaşması mümkün deyil. Amma nə Paşinyanın, nə də içi Simonyan qarışıq komandasındakıların açıqlamalarında onların buna hazır olduqlarını göstərən nəsə yoxdur. Əksinə həmin komandadakılardan birinin İrəvan merinin “Qarabağın azadlığı uğrunda canından keçənlərin xatirəsinə” park salınacağını bildirməsi onların da kobud şəkildə söydükləri və təhqir etdikləri keşişlər, köçəryanlar , sərkisyanlar kimi revanşist hislərlə yaşadıqlarını göstərmirmi?
Beləliklə, Ermənistan hakimiyyətinin sülh ritorikasını daha da artırması seçkiqabağı kampaniya təsiri bağışlasa da, hər halda “Qarabağ Ermənistandır” hayqıran Paşinyan və ondan bir il qabaq, yəni 2018-ci ildə Ağdamda əlində nar şəkil çəkdirib “Akna Ermənistandır” yazan Simonyanda bu cür transformasiyanın baş verməsi müsbət haldır və seçki ilə yanaşı bunun başqa səbəbi də var. Şərqi Zəngəzurda hər cür təyyarənin enə bildiyi ikinci hava limanının da istifadəyə verilməsi və Laçındakı üçlü Zirvə də göstərdi ki, Ermənistana sülhdən başqa ayrı yol buraxılmır. Mən bunu ona görə belə qətiyyətlə deyirəm ki, ayrı yolla getmək istəsələr, onda da Ermənistan olmayacaq!
Sahib Alıyev, Milli Məclisin deputatı
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri