Icma.az
close
up
RU
Ermənistanın bütün bəlalarının kökündə “Daşnaksütyun” dayanır TƏHLİL

Ermənistanın bütün bəlalarının kökündə “Daşnaksütyun” dayanır TƏHLİL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qafar Çaxmaqlı: “Əgər daşnaklar olmasaydı, ermənilər firavan yaşayardı”



Ermənistan hüquq-mühafizə orqanları "Daşnaksütyun" üzvlərinin evlərində axtarış aparıb, təşkilatın bəzi üzvləri saxlanılıb. “Daşnaksütyun” Partiyasının liderlərindən biri, “Ermənistan” fraksiyasının deputatı Geğam Manukyanın da evində axtarış aparılıb. Onun oğlu Taron Manukyan da saxlanılanlar arasındadır. Geğam Manukyanın telefonu əlindən alınıb, mənzilindəki kompüterlər, “Yerkir Media” teleşirkətinin kasetləri müsadirə olunub. 

Onun deputat toxunulmazlığı ləğv edilə, özü isə cinayət məsuliyyətinə cəlb edilə bilər. Ermənistan İstintaq Komitəsi saxlanılanlardan birinə qarşı artıq terror aktı hazırlamaq ittihamı ilə cinayət işinin açıldığını bildirib. Hakim Mülki Müqavilə Partiyasından olan deputat Asmik Akopyan deyib ki, yenidən "Daşnaksütyun"u qadağan etmək barədə düşünməyin vaxtıdır. O bildirib ki, onlar təkcə daşnaklar deyil, həm də terror təşkilatçılarıdır: "Daşnaksütyun"u yenidən qadağan etmək və onu terror təşkilatı elan etmək barədə düşünməyin vaxtıdır". "Joqovurd" qəzeti iddia edir ki, Nikol Paşinyan hüquq-mühafizə orqanlarına "Daşnaksütyun" Partiyasının Ermənistanda fəaliyyətini əngəlləmək üçün hüquqi əsaslar tapmağı tapşırıb. "Daşnaksütyun" Partiyasının üzvü Kristina Vardanyan bunu "siyasi sifariş" adlandırıb. Ermənistan mediası bu məlumatı Baş nazir Nikol Paşinyanın "Daşnaksütyun"a qarşı müharibə elan etməsi kimi şərh edib. Qeyd edək ki, iyulun 8-də daşnak deputat Artsvik Minasyanın toxunulmazlığına da xitam verilib və barəsində cinayət işi açılıb. Digər deputat İşxan Saqatelyanın da deputat toxunulmazlığının ləğv olunması üçün müraciət edəcəyinə dair xəbərlər var. Bütün bunlar Nikol Paşinyanın daşnakları öz hakimiyyəti üçün təhlükə hesab etdiyini göstərir. İddialara görə, baş nazir 2026-cı il iyun 7-də keçiriləcək parlament seçkilərində "Daşnaksütyun"un siyasi uğur əldə etməsini əngəlləməyə çalışır. "Daşnaksütyun" özünü "siyasi partiya" elan etsə də, "erməni millətçiliyi" və "inqilabçılıq" adı altında terror fəaliyyəti bu qurumun siyasi-ideoloji bazasını təşkil edir. Qeyd edək ki, Birinci Qarabağ müharibəsi dövründə kifayət qədər silah toplamış "Daşnaksütyun" hakimiyyət üçün təhlükə mənbəyinə çevrilmişdi. Ona görə də 1992-ci ildə Ermənistanın ozamankı prezidenti Levon Ter-Petrosyan "Daşnaksütyun"un fəaliyyətini qadağan edərək fəalların əksəriyyətini həbsə atmışdı. 1998-ci ildə terrorçu Robert Köçəryan hakimiyyətə gəldikdən sonra "Daşnaksütyun"un fəaliyyətinə icazə verdi. Lakin Nikol Paşinyan terror təşkilatına savaş açıb. Paşinyanın əmri ilə xarici ölkələrdə yaşayan daşnakların Ermənistana daxil olmasına icazə verilmir. 


Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a  açıqlamasında deyib ki, "Daşnaksütyun" Partiyası yarandığı 1890-cı illərdən etibarən həmişə terroru müəyyən məqsədlərə çatmaq vasitəsi hesab edib. Alim vurğulayıb ki, "Daşnaksütyun" Partiyası fəaliyyətinin bütün dövrlərində terroru dəstəkləyən siyasi təşkilat kimi ortaya çıxıb: 

"Heç də təsadüfi deyil ki, 1919-cu ildə yaradılan "Nemesis" terror təşkilatı da "Daşnak" Partiyasının içərisində yaranmış təşkilat idi. Sonrakı dövrlərdə həm Ermənistanın içərisində, həm də xaricdə terror fəaliyyətlərinə aktiv şəkildə dəstək verən təşkilata çevrilib. ASALA terror təşkilatının yaranmasında da "Daşnak" Partiyasının üzvlərinin çox böyük rolu olub. ASALA terror təşkilatını da məhz daşnaklar yaradıblar. 1991-ci ildə Ermənistan müstəqilliyini qazanandan sonra ölkədə törədilən teraktların hamısında daşnakların əli olub. 1999-cu il 27 oktyabr tarixində Ermənistan parlamentində 8 nəfərin ölümünə səbəb olan sui-qəsdin də təşkilatçısı "Daşnaksütyun"unun üzvüydü. Paşinyan inqilab nəticəsində hakimiyyətə gəldikdən sonra onun əl-ayağına dolaşan siyasi təşkilat "Daşnaksütyun" Partiyasıdır. "Daşnaksütyun" Partiyasının Ermənistanda çox ciddi dayaqları var. Onlar Ermənistan daxilində istənilən məsələnin həllində aktiv rol almağa çalışıblar. Hakimiyyətin bir qanadı kimi cəmiyyətdə yer tutmağa çalışıblar. Bundan əvvəlki hakimiyyətlərdə "Daşnaksütyun" Partiyasının üzvlərinin təsir imkanları geniş idi. Amma Paşinyan hökuməti Sarkisyan-Koçaryan cütlüyünü "Daşnaksütyun"la eyni tərəziyə qoydu. İndi Paşinyan "Daşnak" Partiyasının Ermənstan cəmiyyətində rolunun azalmasına çalışır. Məsələ ondadır ki, daşnaklar dövlət qurumlarında, müxtəlif siyasi təşkilatların içində kök salıblar". 


Q.Çaxmaqlı əlavə edib ki, son günlər daşnaklara qarşı aparılan əməliyyatlar da təşkilatın Ermənistanda teraktlar törətmək istəyindən irəli gələn məsələdir:

 "Ortaya çıxan bir sıra faktlar göstərir ki, daşnaklar bəzi terror fəaliyyətinə hazırlıq görürlərmiş. Ona görə də sağlam düşünənlər haqlı olaraq hesab edirlər ki, "Daşnaksütyun" Partiyası ləğv olunmalıdır. Çünki Ermənistanın bütün bəlalarının başında daşnaklar durub. Bu təşkilatın zərərsizləşdirilməsinin, silinməsinin vaxtı çoxdan çatıb. Paşinyan hökumətinin əsas hədəflərindən biri bu olmalıdır. Aydındır ki, baş nazirin əsas qayəsi 2026-cı il seçkilərində ona maneçilik törədəcək qüvvələri sıradan çıxarmaqdır. İstənilən halda "Daşnaksütyun" terror təşkilatının səhnədən getməsi erməni ictimaiyyətinin özü üçün də faydalıdır. O səbəbdən cəmiyyət özü Paşinyana dəstək verməlidir. Daşnakların atdığı addımların heç biri erməni xalqının mənafeyinə uyğun olmayıb, əksinə, ölkəyə, millətə hər zaman bəlalar gətirib. 1918-20-ci illərdə mövcud olmuş Daşnak hökumətinin ilk baş naziri Hovhannes Kajaznuni etiraf edirdi ki, əgər daşnakların terrorçuluq fəaliyyəti olmasaydı, erməni xalqı xoşbəxt, firavan yaşayardı. Həmçinin, etiraf edib ki, türklərə, müsəlmanlara qarşı çox amansız hərəkətlər ediblər. Bu cür etiraflar da göstərir ki, "Daşnaksütyun" açıq-aşkar terror təşkilatıdır. Məhz indiki sülh prosesinə də ən ciddi əngəl daşnaklar və onların müttəfiqləridir".  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see344

“İnsanyuyan” satışa çıxarıldı Fotolar

29 Noyabr 2025 08:07see183

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see172

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see167

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see166

Göygöldə “BMW” alışıb yandı Fotolar+Video

29 Noyabr 2025 07:20see156

Zəngəzur dəhlizi Cənubi Qafqazın güc xəritəsini yenidən cızır TƏHLİL

29 Noyabr 2025 09:09see154

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see150

“Aristokrat” klinikasında QALMAQAL KONKRET

29 Noyabr 2025 09:10see143

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see135

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see134

ABŞ bütün sığınacaq müraciətlərinə baxışı dayandırıb

29 Noyabr 2025 08:22see134

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see133

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Tanınmış türk məşqçi Azərbaycanda işləmək istəyir

29 Noyabr 2025 08:27see132

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see131

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see129

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see129

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see129

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri