Icma.az
close
up
RU
Ermənistanın Türkiyə planı: Bakı faktoru önəmlidir

Ermənistanın Türkiyə planı: Bakı faktoru önəmlidir

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ermənistan vaxtaşırı olaraq Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Baş nazir Nikol Paşinyan daha əvvəl dəfələrlə bildirib ki, Türkiyə ilə sərhədlərin tezliklə açılmasında maraqlıdır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Ekspert bildirib ki, Türkiyə ilə əlaqələri normallaşdırmaq istiqamətində Paşinyan müsbət addımlar atıb. Onun sözlərinə görə, İrəvan Ankara ilə münasibətləri, hava əlaqələrini bərpa etməyə hazırdır:

“Paşinyan Türkiyəyə olan ərazi iddialarından əl çəkib. Qondarma soyqırım iddiasının əsassız olduğunu söyləyib. Ağrı dağının Ermənistanın gerbində olmasına qarşı çıxış edib. Açıq şəkildə deyib ki, Ermənistanın ən yüksək dağı Alagöz dağıdır, Ağrı dağı deyil. Həmçinin, erməni dərsliklərində Türkiyəyə və türklərə qarşı nifrət təbliğatının azaldılmasına çalışıb”.

Politoloq qeyd edib ki,  Ermənistan rəhbərliyi Türkiyə üzərindən Qərblə əlaqələrini möhkəmləndirmək niyyəti güdür. Dediyinə görə, daha doğrusu, Türkiyə vasitəsi ilə Qərbdən təhlükəsizlik çətiri əldə etmək istəyir.

“Azərbaycan və Türkiyə ilə ayrı-ayrılıqda sülh danışıqlarına getməyi planlaşdırırdı. Lakin həm Bakı, həm də Ankara birmənalı bildirdilər ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması kompleks şəkildə həllini tapmalıdır", - deyə T.Rzayev bildirib.

Turab Rzayev: Türkiyə ilə münasibətləri normallaşdırmağın yolu Azərbaycanla sülhün bağlanmasından keçir

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Ermənistanın Türkiyə ilə danışıqlarda maraqlı olması Azərbaycanla münasibətləri normallaşdırmaq, iqtisadi əlaqələri bərpa etmək, nəqliyyat kommunikasiyalarını açmaq və ölkənin ərazi bütövlüyün təmin etmək üçündür:

"Ancaq baş nazir anlayır ki, Türkiyə ilə münasibətləri normallaşdırmağın yolu Azərbaycanla sülh sazişinin imzalanmasından keçir. Paşinyan hazırda bunu həll etməyə çalışır. Vaşinqtonda sazişlər imzalanandan sonra Paşinyanın birbaşa Türkiyə liderini məlumatlandırması göstərir ki, Paşinyan Türkiyə ilə əlaqələri tezliklə normallaşdırmaqda maraqlıdır. Həm də vurğulayır ki, artıq Bakı ilə problemləri qalmayıb".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Avqust 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri