Icma.az
close
up
RU
Ermənistanın vurduğu iqtisadi və ekoloji ziyan sübuta yetirilir

Ermənistanın vurduğu iqtisadi və ekoloji ziyan sübuta yetirilir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, müharibə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 16-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında zərərçəkmiş İlham Məmmədov yenidən məhkəməyə çağırılıb. O, təqsirləndirilən şəxslər tərəfindən ünvanlanmış sualları cavablandırıb.

L.Mnatsakanyanla yanaşı, David Babayanın, David Manukyanın da suallarını cavablandıran İ.Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülərkən ona verilən işgəncələr barədə bu il oktyabrın 2-də keçirilmiş məhkəmə iclasında deyib ki, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən posta gedən zaman yolu azıb və Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb, işgəncəyə məruz qalıb. L.Mnatsakanyan növbəti məhkəmə iclasında həmin vaxt baş verənlər barədə ətraflı danışacağını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayev diqqətə çatdırıb ki, L.Mnatsakanyan bir tərəfdən İ.Məmmədovu görmədiyini deyir. Digər tərəfdən də bu barədə ətraflı danışacağını söyləyir. Əgər İ.Məmmədovu tanımırsa, o zaman haradan bilir ki, həmin vaxt orada nə baş verib? L.Mnatsakanyan isə qeyd edib ki, o, İ.Məmmədovu tanımır, həmin vaxt orada baş verən hadisələrlə bağlı isə danışacaq.

Sonra iqtisadiyyata vurulmuş zərər və iqtisadi itkilərlə bağlı sənəd elan edilib. Qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü nəticəsində müharibənin birbaşa təsirinə və işğala məruz qalmış Azərbaycan ərazilərində ölkənin təsərrüfat subyektlərinin iqtisadi fəaliyyəti tamamilə dayanıb, bölgənin iqtisadi resursları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib (o cümlədən təbii resurslar üzərində istismar hüquqlarının xarici şirkətlərə satılması yolu ilə), Azərbaycan iqtisadiyyatı - əhali, müəssisələr və dövlət böyük zərər və itkilərlə üzləşib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərin işğal edilməsi nəticəsində 30 ilə yaxın müddətdə həmin torpaqlarda yerləşən mineral xammal ehtiyatları Ermənistan tərəfindən qanunsuz istismar edilib, böyük məbləğdə qeyri-qanuni gəlir əldə olunub, Azərbaycana böyük iqtisadi zərər vurulub. İşğal dövründə filiz və qeyri-filiz yataqlarında qanunsuz istismar işləri aparılıb, həmçinin bütün növ yeraltı su ehtiyatlarından qanunsuz istifadə edilib.

Sənədlərdə göstərilib ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycana məxsus su elektrik stansiyaları işğalçı qüvvələr tərəfindən qeyri-qanuni şəkildə, heç bir ekoloji qaydaya əməl olunmadan istismar edilməklə elektrik enerjisi istehsal olunub. Bununla yanaşı, tikilməkdə olan elektrik stansiyalarının tamamlanması mümkün olmayıb. Nəticədə Azərbaycan hidroenerji istehsalı sahəsində böyük iqtisadi itkilərə məruz qalıb.

Bundan başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərində əhalinin kənd təsərrüfatı ilə məşğul olması mümkün olmayıb, bu səbəbdən həm əhali, həm də dövlət böyük məbləğdə iqtisadi itkilərlə üzləşib.

“Minalar və partlamamış sursatlarla çirkləndirmənin vurduğu zərər” başlıqlı sənəddə qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərinin işğalı zamanı işğal olunmuş torpaqlarda yüz minlərlə mina basdırılıb, geniş ərazilər partlamamış hərbi sursatlar ilə çirkləndirilib.

Ətraf mühitə vurulmuş zərərlə bağlı sənəddə bildirilib ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində meşələr, qoruqlar, qədim ağaclar məhv edilib, Azərbaycanın fauna və florasına, su hövzələrinə böyük zərər vurulub.

Sonra cinayətkar dəstələr barədə sənədlər tədqiq edilib. Materiallarda göstərilir ki, cinayətkar dəstə olan “Yerkrapa” (“Könüllülər”) 1990-cı illərdə yaradılıb və Ermənistanın ilk qanunsuz silahlı dəstələrindən biridir. Həmin dəstə 1993-cü ildə Ermənistanın müdafiə naziri Vazgen Sarkisyan tərəfindən yaradılıb. Bu dəstə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması zamanı döyüşlərdə fəal iştirak edib.

Bundan başqa, məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etmiş “Xaçlılar”, “Malatiya könüllü”, “Muş”, “Arabo”, “Sasna Tsrer”, “Sasuntsi Davit”, “Müstəqillik ordusunun könüllü milis hərbi-siyasi birliyi” və digər cinayətkar dəstələr barədə məlumatlar açıqlanıb.

Məhkəmə iclasında bir sıra internet resurslarında, o cümlədən sosial şəbəkələrdə yer alan informasiyalar əsasında sənədlər də tədqiq olunub. Eyni zamanda, tədqiq olunan sənədlərə aid fotolar nümayiş etdirilib.

Məhkəmə prosesi oktyabrın 17-də davam etdiriləcək.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri