Icma.az
close
up
RU
Ermənistanın yaratdığı ekoloji problemlər böyüyür Tehran da Arazın çirklənməsindən narahatdır

Ermənistanın yaratdığı ekoloji problemlər böyüyür Tehran da Arazın çirklənməsindən narahatdır

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan illərdir mövcud beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq regionda ekoloji problemlər yaratmaqdadır. Buna görə beynəlxalq aləmdən də təpki görməyən İrəvan Arazı və digər transsərhəd çayları çirkləndirməkdə davam edir.

Araz çayı bu ölkənin həm "Metsamor" AES, həm də müxtəlif növ metallurgiya zavodlarından axıdılan birbaşa tullantılarla çirkləndirilir. Bu çayla birbaşa təmasda olan ərazilərin çirkləndirilməsi həmin yerlərdə yaşayan əhalinin həyat və sağlamlığını, iqtisadiyyatını, kənd təsərrüfatını ciddi təhlükə altına alır.

Azərbaycan da müxtəlif beynəlxalq tədbirlərdə bu məsələni qaldırır. Bundan başqa, rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə həyəcan təbili çalınır. Prezident İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bu məsələni xüsusi qabardıb. Dövlət başçısı bildirib ki, jurnalistlərin, həmçinin ziyalıların səfərləri təşkil edilə, bəlkə də transsərhəd çaylarla bağlı birgə tədbirlər keçirilə bilər.

"Biz bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik, çünki Ermənistan Araz çayını çirkləndirir... Əgər biz Azərbaycan istiqamətində bu məsələləri müzakirə edə bilsək, yaxşı olar. Bu, praktiki addımları göstərir və etimadın olmamasını belə kiçik addımlarla tədricən azalda bilərik. Bu, illər tələb edəcək, lakin biz bununla azalda bilərik".

Bu onu göstərir ki, Azərbaycan ekoloji probemlərin həllinə necə diqqət yetirir, bu məsələni prioritet məsələ kimi görür.

Məlumat üçün bildirək ki, Türkiyənin Ərzurum dağlarından başlayaraq İran, Azərbaycan və Ermənistandan keçən Araz çayı, təxminən 20 milyon insanı su ilə təmin edən həyat mənbəyidir. Bu səbəbdən Arazın çirkləndirilməməsi İran üçün də prioritet olmalıdır.

Kanadada yaşayan, əslən İrandan olan insan hüquqları müdafiəçisi Türkan Bozkurtun apardığı araşdırmada bildirilib ki, illərdir Araz çayı sakit şəkildə toksik bir sirr daşıyır. Qeyd olunur ki, 2012-ci ildə "Journal of Water Resource and Protection"da dərc edilmiş bir araşdırma İranın Ərdəbil əyalətinin yaxınlığında çayda civə, qurğuşun və kadmium kimi ağır metalların təhlükəli dərəcədə yüksək səviyyədə olduğunu aşkar edib.

Tədqiqatçılar çayın müxtəlif hissələrini çirklənmə səviyyələrinə görə təsnif ediblər və bəzi ərazilər artıq o qədər çirklənib ki, həm insan sağlamlığı, həm də kənd təsərrüfatı üçün ciddi risklər yaradır. İran-Ermənistan sərhədi boyunca Araz çayında ağır metalları izləyən iranlı tədqiqatçıların 2017-ci il araşdırması göstərib ki, alüminium, mis, bor və molibden daxil olmaqla, əsas toksinlər təhlükəsiz hədləri aşır. Çay çöküntüləri və yerli bitki örtüyü üzərində aparılan testlər də toksinlərin təhlükəli yığılmasını göstərdi, bu da çirklənmənin təkcə suda olmadığını, ətraf mühitə hopduğunu təsdiqlədi.

Araşdırma çayın pis su keyfiyyətinin təcili müdaxilə tələb etdiyi barədə xəbərdarlıq edirdi, bu xəbərdarlıqlar isə əsasən nəzərə alınmayıb.

Sənaye çirklənməsindən əlavə, iqlim dəyişikliyi böhranı daha da ağırlaşdırır. "Watershed Engineering and Management" şirkətinin 2022-ci ildəki araşdırması isə göstərib ki, yağıntı azaldıqca və su axını yavaşladıqca çirklənmə səviyyələri yalnız artacaq. Artıq narahatlıq doğuran nitratlar və fosfatların gələcək illərdə kəskin şəkildə artacağı proqnozlaşdırılır. Araşdırılan hər bir iqlim ssenarisində, artıq pis su keyfiyyəti ilə mübarizə aparan Araz çayı daha da pisləşmə yolundadır və narahatedici "çox pis" təsnifata doğru irəliləyir.

Ən böyük məsuliyyət Ermənistanın mədən sənayesinin üzərinə düşür. Zəngəzur mis-molibden zavodu arsen, qurğuşun və kadmium kimi ağır metalları suya axıdır, bu da çayın bəzi hissələrini toksik edir.

Sözügedən şirkət, həmçinin Oxçuçay çayında da ciddi çirklənmə səviyyələri olduğunu qeyd edib.

Araşdırmada vurğulanıb ki, sənaye tullantılarından əlavə, Araz çayı üçün ən təhlükəli təhdidlərdən biri də Ermənistanın "Metsamor" AES-dir.

Araşdırma müəllifləri qeyd edir ki, tarixi güclü əlaqələrə baxmayaraq, İran artıq Araz çayının pisləşən çirklənməsini görməzdən gələ bilmir. Əvvəlcə məsələni qəbul etməkdən çəkinən və Ermənistanın rolunu inkar edən İran rəsmiləri indi açıq şəkildə İrəvandan çayı çirkləndirən sənaye tullantılarına görə məsuliyyət daşımağı tələb edirlər.

Problemin bütün region üçün ciddiliyini qeyd edən aqrar elmlər üzə fəlsəfə doktoru, ekoloq Xosrov Musayev "Report"a açıqlamasında bildirib ki, Ermənistanın ərazisindən mis-molibden zavodunun bütün tullantıları Oxçuçaya axır, oradan da Araza tökülür. Nəticədə Araz çayı ağır metallarla tamamilə çirklənir.

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün beynəlxalq təşkilatlara müraciət edilməlidir. Çünki bu kimi çaylar tranzit çaylar sayılır və beynəlxalq konversiyalara qoşulub:

"Bu səbəbdən çayların çirkləndirilməsi problemi beynəlxalq səviyyədə həll olunmalıdır. Bu məsələdə İran da çox narahatdır. Araza axıdılan ağır metallardan ibarət zərərli maddələr, demək olar ki, sudakı bütün canlı aləmi məhv edir. Bununla da su, demək olar ki, "ölür".

Bununla yanaşı, Arazın suyundan istifadə edən ərazilərdə onkoloji xəstəliklərin sayı artır. İran əvvəllər Ermənistanı çirklənmə ilə bağlı ittiham etməsə də, artıq edir. Görünür ki, İranın da "səbir kasası" daşıb və deməyə çalışır ki, hər şeyin bir həddi var. Azərbaycan tərəfi dəfələrlə bu məsələni qaldırıb. Elə bu gün də Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı Ermənistanın Arazı çirkləndirdiyini bildirib. Lakin Ermənistan hələ də bu məsələyə etinasız yanaşmağa davam edir".

Ekspertin araşdırmalarına görə, fəsadlardan biri də uşaq ölümləri, vərəm xəstəliyinin artmasıdır.

"Arazın Kür çayına, sonda da Xəzərə axması böyük çirklənməyə gətirib çıxarır. Bu da o deməkdir ki, Azərbaycan üçün çox narahatedici məsələdir. Amma bununla yanaşı, İran kimi digər Araz çayından istifadə edən və gələcəkdə etmək ehtimalı olan ölkələr də bu məsələdə əməkdaşlıq etməlidir. Düşünürəm ki, hazırkı vəziyyətdə İranla birgə bu məsələni qaldıra bilərik", - deyə X.Musayev vurğulayıb.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva xatırladıb ki, İranın ekoloji qəzetlərindən biri olan "Pəyam-e ma"nın son hesabatında Araz çayında alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və vanadium kimi 59 ağır metalın yüksək konsentrasiyası olduğu qeyd edilir:

"Bu çirklənmənin əsas mənbəyi kimi Ermənistanın mədənçilik fəaliyyəti göstərilir. Araz çayının çirklənməsi çayın sahilində yaşayan icmalar üçün ciddi problemə çevrilib. Yerli sakinlər arasında sağlamlıq problemlərinin artdığı, o cümlədən mədə xərçəngi hallarının çoxaldığı bildirilir. İran tərəfi də Arazın suyunun zəhərlənməsi ilə bağlı kifayət qədər məlumata malikdir və bu, onları da narahat edir".

Deputat bildirib ki, vətəndaş cəmiyyətinin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, hələ də Ermənistan tərəfindən adekvat reaksiya verilməyib:

"Beynəlxalq təşkilatlar və regional tərəfdaşlar dərhal tədbir görülməsini tələb etməlidirlər. Əsas addımlardan biri bütün təsirlənmiş tərəflərlə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin paylaşılmasıdır. Ermənistan Azərbaycana, İrana, Gürcüstana və Xəzər dənizi bölgəsinə təsir edən çirklənmə səviyyəsinin müstəqil şəkildə monitorinqinə imkan yaratmalıdır".

Bütün bunlar onu deməyə əsas verir ki, nəhayət ki, İranda da Ermənistanın yaratdığı ekoloji fəlakətin bütün region üçün təhlükə olduğunu başa düşməyə başlayıblar. Ümid etmək olar ki, İran hökuməti məsələnin ciddiliyini nəzərə alacaq və Ermənistana təzyiqlər göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri