Icma.az
close
up
RU
Midiyalar Yunanıstanın dəyərli dənizlərinin artan çirklənməsindən xəbər verir

Midiyalar Yunanıstanın dəyərli dənizlərinin artan çirklənməsindən xəbər verir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 3 noyabr, AZƏRTAC

Midiyalar (molyusk növü) öz toxumalarına görünməz plastik mikrohissəciklər də daxil olmaqla müxtəlif çirkləndirici maddələri hopduran filtrasiyaedici orqanizmlərdir və artıq bir neçə onillikdir ki, bütün dünyada dəniz mühitinin çirklənmə səviyyəsinin barometri kimi istifadə olunur. Dənizin dibinə minlərlə midiya göndərərək mikroplastiki aşkar etməyə çalışan yunan alimləri iddia edirlər ki, həddən çox turizm və Aralıq dənizində intensiv dəniz daşımaları Yunanıstanın mavi sularının çirklənməsinin artmasına səbəb olur.

AZƏRTAC xəbər verir ki, Yunanıstan Dəniz Tədqiqatları Mərkəzinin (HCMR) tədqiqatçıları midiyalardan Yunanıstanda istifadə edirlər. Burada toxunulmamış çimərliklər və şəffaf dənizlər hər il milyonlarla turist cəlb edir.

“Ağlasığmaz bir haldır ki, cəmi iki kilometr məsafədə bu qədər xırda mikroplastik hissəcikləri toplamaq mümkündür”, – deyə okeanoqraf Arqiro Adamopulu bildirib.

Alimlər iddia edirlər ki, yarıqapalı hövzə olan bütün Aralıq dənizi mikroplastikin mənbəyinə çevrilib. Bioloq Nikoletta Diqkinin sözlərinə görə, Yunanıstanda çıxarılan hissəciklər formalarına görə fraqmentlərdən tutmuş plyonka, mikrolif və ya qranullara qədər dəyişir və əsasən mavi, yaxud şəffaf olur, bu da onların birdəfəlik plastiklərdən, məsələn, zibil torbalarından və su butulkalarından əmələ gəldiyini göstərir.

Zaman keçdikcə dalğaların, axınların və günəşin təsiri altında onlar parçalanır və aşkarlanması getdikcə çətinləşir. Diqkinin sözlərinə görə, konsentrasiyalar hələ insan üçün zərərli sayılacaq qədər yüksək olmasa da, qrupun indiyə qədər tədqiq etdiyi bütün növlərdə mikroplastik aşkar edilib.

“Orta hesabla biz hər analiz edilən populyasiyada bir və ya iki mikroplastik tapırıq”, – deyə Diqki bildirib və xəbərdarlıq edib ki, tədbirlər görülməzsə, onların daha da xırdalanması nəticəsində dəniz orqanizmləri tərəfindən udulan mikroplastiklərin miqdarı artacaq, bu isə insanlar üçün riski yüksəldəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri