Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü
Icma.az bildirir, Modern.az portalına istinadən.
Ermənistan Milli Assambleyasının spikeri Ruben Rubinyan ailəsi ilə birlikdə hökumətə məxsus malikanəyə köçüb. Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Rubinyan parlament sədrinin müavini olduğu dövrdə İrəvanın mərkəzindəki çoxmərtəbəli binalardan birində yaşayırdı. Parlamentin İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri David Oqancanyan məlumatı təsdiqləyib.
Qəzet qeyd edir ki, son illərdə hökumət malikanəsində cəmi dörd nəfər yaşayıb: baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və parlamentin sabiq spikeri Alen Simonyan.
Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edildikdən və üçüncü dəfə evləndikdən sonra malikanədən köçüb. Onun yaşadığı evi indi Rubinyanın ailəsi tutub.
“Hraparak” yazır ki, hökumətə məxsus malikanələrdə yaşamaq yalnız Ermənistanın baş naziri Nikol Paşinyanın istəyi ilə mümkündür. Nəşrin fikrincə, bu, həmin vəzifəli şəxslərin statusunu və nüfuzunu artırır.
“Bu, baş nazirin həmin şəxslərə böyük əhəmiyyət verdiyini və onlarla işdən kənarda da ünsiyyət saxladığını göstərir”, – deyə qəzet yazıb.
2025-ci ildə hökumət malikanəsinin saxlanılması məqsədlə büdcədən 621 milyon dramdan (təxminən 1,56 milyon dollar) çox vəsait ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 Oktyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















