Icma.az
close
up
RU
Ermənistanla “yeni müharibə” xəbərləri kimlərin marağına xidmət edir?

Ermənistanla “yeni müharibə” xəbərləri kimlərin marağına xidmət edir?

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ADP bu dezinformasiyaları bölgədə sülhün yaranmasında maraqlı olmayan dairələrin fəaliyyətinin nəticəsi kimi dəyərləndirib

Partiya Rusiya ilə yalnız qarşılıqlı-faydalı əməkdaşlığın tərəfdarıdır, bundan uzağa gedən əməkdaşlığı Azərbaycanın dövlət maraqlarına uyğun hesab etmir…

ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi hadisələrə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları dünya ictimaiyyətinin diqqətlə izlədiyi Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunması üçün ABŞ-ın moderatorluğu ilə aparılan danışıqlar müzakirə olunub.

Son həftə ərzində aparılan danışıqlarda Ukraynanın atəşkəsə razı olmasına baxmayaraq, Rusiyanın bu məsələdə aydın bir mövqe ortaya qoymaması tənqid edilib. Qeyd edilib ki, Rusiyanın bu müharibədə işğalçı bir tərəf olduğu beynəlxalq ictimaiyyət tərəfindən, xüsusilə BMT qətnaməsi ilə tanınmalı və buna uyğun olaraq gərəkən addımlar atılmalıdır. Bu müharibənin sona çatdırılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanılmasına xidmət etməlidir. Əks halda Rusiyanın işğalçılıq siyasəti regional və beynəlxalq təhlükəsizlik üçün ciddi bir təhdid olaraq qalacaqdır.   

İdarə Heyəti ötən həftə Suriyanın yeni hökuməti ilə kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri arasında imzalanan müqavilə ətrafında müzakirə aparıb. Müzakirələrdə müqaviləyə əsasən kürdlərin Suriyanın mərkəzi hakimiyyətinin təhlükəsizlik qüvvələrinə qoşulması təqdir edilib. Qeyd edilib ki, bu hadisə Suriyada vətəndaş sülhünə və əmin-amanlığa böyük töhfədir. Bu proseslərdə Türkiyənin oynadığı rol uğurlu bir siyasət kimi dəyərləndirilib və bu siyasətin Türkiyə tərəfindən Cənubi Qafqazda da reallaşdırılması arzuolunan hesab edilib.

İdarə Heyəti ötən həftə Azərbaycan rəsmi dairələri, o cümlədən Ermənistan rəsmi orqanları tərəfindən tərəflər arasında sülh müqaviləsinin mətninin tam razılaşdırılması ilə bağlı verilən açıqlamanı təqdir edib. İdarə Heyəti hesab edib ki, sülh müqaviləsi bölgənin təhlükəsizliyi naminə tez bir zamanda imzalanmalıdır. Müzakirələr zamanı istər Ermənistan, istərsə də Azərbaycan mediasında iki dövlət arasında müharibənin başlayacağı ilə bağlı yalançı materialların verilməsi tənqid edilib, bu hadisəni bölgədə sülhün yaranmasında maraqlı olmayan dairələrin fəaliyyətinin nəticəsi kimi dəyərləndirilib və bu tipli hərbi ritorikaya son qoyulmasının vacibliyi qeyd edilib.

İdarə Heyəti son zamanlar bir sıra Avropa və Qərb institutlarının həbsdə olan erməni əsilli separatçıların azadlığa buraxılması ilə bağlı Azərbaycan dövlətinə ünvanlanan çağırışları və təzyiqləri ətrafında da müzakirələr aparıb. Müzakirələrdə qeyd edilib ki, Azərbaycan dövlətinə və xalqına qarşı xəyanət etmiş, ağır və xüsusilə ağır hərbi cinayətlər törətmiş erməni əsilli Azərbaycan vətəndaşlarının məhkəməsi şəffaf şəkildə həyata keçirilir, Qərbin və Avropanın bu şəxslərin azadlığa buraxılması ilə bağlı Azərbaycana təzyiqləri qəbuledilməzdir, həmin şəxslər ən ağır qaydada məsuliyyətə cəlb olunmalıdır. Analoji hadisələr Avropada olduğu zaman hərbi cinayətlərdə, separatçılıqda ittiham edilənlər ağır qaydada cəzalandırıldığı halda, Azərbaycana münasibətdə isə bu hadisələrə ikili stardartlı mövqenin ortaya qoyulması beynəlxalq hüququn mahiyyətinə ziddir və siyasi motivlidir.

İdarə Heyəti son zamanlar ölkədə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə, siyasi fəallara və media təmsilçilərinə qarşı həyata keçirilən həbslərdən bir daha narahatçılığını ifadə edib, indiki beynəlxalq şəraitdə Azərbaycana qarşı Qərbin və Avropanın təzyiqlərini yumşaltmaq məqsədilə həbsdə olan siyasi məhbuslar azad olunmasının, ümumiyyətlə siyasi motivli həbslərdə həbs qətimkan tədbirinin tətbiqini daha yüngül qətimkan tədbirləri ilə əvəz edilməsinin vacibliyi qeyd edilib.

İdarə Heyəti həmçinin ötən həftə Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun 9 il müddətinə azadlıqdan məhrum edilməsini də pisləyib, bu həbsi siyasi motivli olduğunu bildirib, indiki beynəlxalq şərtlər daxilində ölkədə vətəndaş həmrəyliyi istiqamətində edilən cəhdlərə zərbə kimi dəyərləndirib.

İdarə Heyəti qarşıdan gələn Novruz və Ramazan bayramı ərəfəsində ölkə başçısını humanistlik göstərərək siyasi məhbusları da əhatə edən geniş əfv fərmanı imzalamağa çağırıb. Hesab edilib ki, bu addım ölkədə milli həmrəyliyin möhkəmləndirilməsinə böyük töhvə olardı.

İdarə Heyətində ABŞ-ın Yəməndə Husilərə qarşı keçirdiyi hərbi əməliyyatı müzakirə olunub, həmin əməliyyatlar zamanı dinc insanların da həlak olmasından narahatçılıq keçirən müzakirə iştirakçıları, ABŞ prezidenti D.Trampın Rusiya-Ukrayna cəbhəsində sülhə çağırış etdiyi bir zamanda Yəməndə dinc insanların tələfatı ilə nəticələnən hərbi əməliyyatlar keçirməsini dünyadakı münaqişələrə ABŞ-ın ikili standartdan yanaşmasının təzahürü kimi qiymətləndirib. Hesab edilib ki, ABŞ Yaxın Şərqdəki bu münaqişənin də sülh yolu ilə nizama salınmasına çalışmalıdır.

İdarə Heyəti son zamanlar Azərbaycan-Rusiya münasibətlərində olan soyuq münasibətlərin normal məcraya yönləndirilməsi istiqamətində Rusiya tərəfindən atılan addımlar ətrafında da müzakirə aparıb. Müzakirələrdə Rusiya rəsmi şəxslərinin Azərbaycana səfəri iki dövlət arasında yaranmış soyuq münasibətlərin yoluna qoyulması istiqamətində edilən müsbət cəhd kimi dəyərləndirilib. Eyni zamanda qeyd edilib ki, Türkiyə və Pakistan kimi strateji müttəfiqlərimizin olduğu halda, Rusiya ilə yalnız qarşılıqlı-faydalı əməkdaşlığın tərəfdarıyıq, bundan uzağa gedən əməkdaşlıq Azərbaycanın dövlət maraqlarına uyğun deyil.

İdarə Heyəti sonda qarşıdan gələn Novruz Bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Novruz tonqallarının artıq Azərbaycanın hər bir guşəsində yandırılması şükranlıqla qeyd edilib, ölkəmizə əmin-amanlıq, hər bir ailəyə rifah və xoşbəxtlik arzu edilib.

Hazırladı: KƏNAN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Mart 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri