“Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq!” Paşinyan
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, İrandakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib, lakin onlar bu barədə rəsmi açıqlama verməyiblər.
Modern.az xəbər verkir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Baş nazir Sünik bölgəsinə (Zəngəzura-red.) hər hansı təhlükənin olmadığını da vurğulayıb:
“Mən bu cür bəyanatları təxribat xarakterli və əsassız hesab edirəm", - o, jurnalistlərə deyib.
Paşinyan bildirib ki, Zəngəzura hücum olacağı haqda bəyanatlar Ermənistan vətəndaşlarında təşviş və panikaya səbəb olur.
"Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsi üzərində razılığa gəliblər. Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq, sülh olacaq", - baş nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 İyun 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















