Icma.az
close
up
RU
Ermənistanla yeni müharibənin astanasındayıq? “Bizi əsəbləşdirməsinlər!” KONKRET

Ermənistanla yeni müharibənin astanasındayıq? “Bizi əsəbləşdirməsinlər!” KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Ermənistanın suverenliyinə hər hansı bir iddiamız yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində dövlət başçısı bildirib:

“Dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

Prezident əlavə edib ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır.

Bu çıxışı şərh edən bəzi politoloqlar Azərbaycanın yaxın vaxtlarda hərbi gücdən istifadə edərək Zəngəzur dəhlizinin keçəcəyi əraziyə nəzarəti gerçəkləşdirəcəyi rəyindədir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, dəhlizin açılması Ermənistan üçün də xeyli faydalıdır:

“Cənab Prezident dedi ki, biz Ermənistan üçün təhlükə deyilik. Ondan öncə də o bildirilib ki, münaqişə artıq bitib. Bu Qərbdə olan bəzi söz-söhbətlər və uydurmalardır ki, Azərbaycan müharibəyə hazırlaşır. Zəngəzur dəhlizinin açılması gündəmdədir və amma onun açılması üçün müxtəlif digər qeyri-hərbi yollar var”.

Fərid Şəfiyev vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı rəsmi Bakı hansısa hərbi yoldan istifadə etməyin tərəfdarı deyil:

“İlham Əliyev qeyd etdi ki, bizim Ermənistanın suverenliyinə hər hansı bir iddiamız yoxdur. Ona görə də düşünmürəm ki, söhbət hər hansı bir hərbi həll variantından gedir. Beynəlxalq müstəvidə bir sıra digər alətlər var və bu istiqamətdə müvafiq addımlar atılacaq. Söhbət daha çox diplomatik, iqtisadi və digər addımlardan gedir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Yanvar 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri