Icma.az
close
up
RU
Ermənistanla yumşaq danışaraq nəticə almaq çətin məsələdir AÇIQLAMA

Ermənistanla yumşaq danışaraq nəticə almaq çətin məsələdir AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib və keçirilən görüşdə humanitar məsələlər müzakirə olunub.

Qarşılıqlı anlaşma və insani dəyərlərə əsaslanan əməkdaşlıq, siyasi iradənin formalaşmasına və sülh sazişinin imzalanması prosesini tezləşdirə bilərmi? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, ölkəmiz 30 il ərzində sülh məsələsində Ermənistanla danışıqlar apardı, amma nəticə ala bilmədi:

"Sonda müharibə etdik və qazandıq. Belə çıxır ki, Ermənistanla yumşaq danışaraq nəticə almaq çətin məsələdir. Demirəm ki, müharibə edək, heç bunun tərəfdarı da deyiləm. Amma bizim hər görüşümüz, humanitar məsələlər belə olsa, irəliyə bir addım olacağını biləcək qədər sadəlövh də deyiləm. Yəni vəziyyət o deyil.

Ermənistan özbaşına olsa, bəlkə danışıqlar aparıb, razılıq əldə etmək olar. Məsələnin dərin tərəfi odur ki, Ermənistan özbaşına qərar verə bilmir. Ermənistan qərar verəcəksə, onu Fransa ilə, başqa ölkələrlə danışıb razılığa gəlməlidir. Ermənistana ağıl öyrədənlər çoxdur.

Ona görə də biz görüşürük. Düzdür, biz razılıq istəyirik. Ermənistanın da bu istəyi var, ancaq Ermənistan özü belə nəticə ala bilmir ondan. Çünki Ermənistan daxilində fikir ayrılıqları mövcuddur. Yəni kilsə hökumətin işinə qarışır, hökumət də kilsənin işinə qarışır".

Siyasi şərhçi qeyd etdi ki, humanitar məsələlərlə bəlkə də hansısa razılaşma edə bilərik, amma əsas məsələyə gələndə sülhdən danışmaq hələ ki, mümkün görünmür.

"Deyə bilərsiniz ki, 17 maddəlik razılaşma əldə olunub. Ermənistan niyə onu etmir? Deməli ki, Ermənistanın ixtiyarı özündə deyil.

Ona görə də bizim Ermənistanla razılaşmanı düşünməyimiz bir az çətin məsələdir. İnandırıcı görünmür. Biz istəsək belə, bunu edə bilməyəcəyik. Bu iş uzanacaq.

Hə, başqa məsələ: nə vaxt ki, Ermənistanda mövcud hökumət ortaq razılığa gələcək, onda biz nəticə alacağıq. İndi mən bunu gözləmirəm və bu mövzuda da optimist ola bilmirəm. Təcrübə mənə bunu göstərir. Gələcəkdə razılaşmaya uyğun addım atılsa, bu mümkün görünəcək", - deyə Samir Hümbətov vurğuladı

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyun 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri