Icma.az
close
up
RU
Ərşad ƏlSalihi: Qarabağ Azərbaycanın haqq işinin göstəricisidir

Ərşad ƏlSalihi: Qarabağ Azərbaycanın haqq işinin göstəricisidir

Zaman bizi ayırmışdısa da, biz birliyimizə davam edəcəyik. Türkün dostu türkdür. Biz nə qədər bir olsaq, kimsə haqqımıza girməz.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Şuşada bölgə müxbirinə müsahibəsində İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri, kərküklü millət vəkili Ərşad Əl-Salihi deyib.

“İkinci dəfədir bura gəlirəm. Burada - öz tarixi coğrafiyamızda, öz torpağımızın üstündə özümü görürəm. Sözümüz də, danışığımız da birdir. Qarabağ can Azərbaycanımızın haqq işinin göstəricisidir. Əgər birinin torpağı varsa, o torpaq üçün dava edər. Amma torpaq özünün deyilsə, o anda tərk edib gedər. Bu torpaqlar bizim olduğu üçün, onlar da tərk edib getdilər. Bu torpaqlar bizimdir”, – deyə kərküklü millət vəkili bildirib.

seeBaxış sayı:98
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri