Ərşad ƏlSalihi: Qarabağ Azərbaycanın haqq işinin göstəricisidir AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Şuşa, 8 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Zaman bizi ayırmışdısa da, biz birliyimizə davam edəcəyik. Türkün dostu türkdür. Biz nə qədər bir olsaq, kimsə haqqımıza girməz.
Bunu Şuşada AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri, kərküklü millət vəkili Ərşad Əl-Salihi deyib.
“İkinci dəfədir bura gəlirəm. Burada - öz tarixi coğrafiyamızda, öz torpağımızın üstündə özümü görürəm. Sözümüz də, danışığımız da birdir. Qarabağ can Azərbaycanımızın haqq işinin göstəricisidir. Əgər birinin torpağı varsa, o torpaq üçün dava edər. Amma torpaq özünün deyilsə, o anda tərk edib gedər. Bu torpaqlar bizim olduğu üçün, onlar da tərk edib getdilər. Bu torpaqlar bizimdir”, – deyə kərküklü millət vəkili bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 Dekabr 2024 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















