Türkün dostu türkdür Ərşad Salehi
Zaman bizi ayırmışdısa da, biz birliyimizə davam edəcəyik. Türkün dostu türkdür. Biz nə qədər bir olsaq, kimsə haqqımıza girməz.
Redaktor.az xəbər verir ki, bunu Şuşada Azərtac-a müsahibəsində İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri, kərküklü millət vəkili Ərşad Salehi deyib.
“İkinci dəfədir bura gəlirəm. Burada - öz tarixi coğrafiyamızda, öz torpağımızın üstündə özümü görürəm. Sözümüz də, danışığımız da birdir. Qarabağ can Azərbaycanımızın haqq işinin göstəricisidir. Əgər birinin torpağı varsa, o torpaq üçün dava edər. Amma torpaq özünün deyilsə, o anda tərk edib gedər. Bu torpaqlar bizim olduğu üçün, onlar da tərk edib getdilər. Bu torpaqlar bizimdir”, – deyə kərküklü millət vəkili bildirib.
Baxış sayı:92
Mənbə:https://redaktor.az