Füzulinin Kərbəladakı məzarının bərpasına çalışacağıq Ərşad ƏlSalihi
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan 2020-ci ildə Qarabağ zəfəri ilə bütün dünyaya, yurdundan-yuvasından didərgin salınan bütün xalqlara ümid oldu. Təsadüfi deyil ki, Qarabağ zəfəri tarix kitablarında hərbi zəfərdə yeni səhifə açdı.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi deyib.
O bildirib ki, Azərbaycan qısa zaman əvvəl Türkmən eli üçün Kərkükdə ilk məktəbi bərpa edib: “Prezident İlham Əliyevə təşəkkür edirəm. Türkmən eli kürəyini hər zaman Türkiyəyə və Azərbaycana söykəyir. İraqın Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi təmsil edilməsinin lazım olduğuna inanıram. Bizim ortaq mirasımız olan Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Onun qələmi təkcə Türkmən elinə deyil, bütün islam aləminə işıq tutub. Biz də iraqlılar olaraq, Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq. TDT dövlətlərindən İraqda səfirlikləri olmayan ölkələrə səslənirəm, siz də səfirliklərinizi Bağdadda açın. Azərbaycan kimi siz də səfirliyinizi orada açın”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 Dekabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















