Ərşad Salehi Bağdaddakı səfirliyimizi ziyarət etdi
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycanın Bağdaddakı səfirliyini ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə məlumat Ə.Salehinin sosial şəbəkə hesabında paylaşılıb.
O, səfirlikdəki xatirə dəftərində qeydlərini yazaraq Azərbaycan xalqına başsağlığı verib, qəza nəticəsində həlak olanlara Allahdan rəhmət diləyib, yaralılara tezliklə sağalmalarını arzulayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Baxış sayı:129
Bu xəbər 26 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















