Ertem Şenerdən Azərbaycana böyük dəstək: Pulla qarşılığı yoxdur” (Video)
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyəli tanınmış idman şərhçisi və televiziya aparıcısı Ertem Şener Azərbaycana və Qarabağa olan sevgisi barədə açıqlamaları ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, şərhçi video-müraciətində Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışıb, ölkəmizə bağlılığını ifadə edib.
Ertem Şener çıxışında Bakı, Qarabağ, Şuşa, Laçın, İmişli, Tovuz və Azərbaycanın digər bölgələrinin adlarını çəkərək bu torpaqlara sevgisinin heç bir maddi maraqla əlaqəli olmadığını vurğulayıb.
"Mənim Azərbaycan sevgimin, Qarabağ sevgimin, Şuşa, Laçın sevgimin pul ilə heç bir qarşılığı yoxdur. Gedin o coğrafiyanı, Şuşanı, Laçını görün, oradakı insanların illərdir nələr yaşadığını, necə dirçəldiyini görün, ondan sonra danışın!" - deyə o bildirib.
Aparıcı sosial şəbəkələrdə ona ünvanlanan bəzi tənqidi şərhlərə də münasibət bildirib. O, Azərbaycan xalqının vətənpərvərliyini, mübarizə əzmini və çətinliklər qarşısında göstərdiyi iradəni xüsusi qeyd edib.
"Azərbaycandan söhbət gedəndə öncə vətən sevgisini, qardaşlığı, birliyi danışacaqsınız. Küçədə 3 nəfərdən 2-si 'Qarabağ savaşında şəhidimiz var' deyir. Hələ də yaralı olan, amma ayaqda dimdik duran çox qüdrətli insanlar var. Azərbaycan təkcə çətin gündə deyil, hər zaman bizim yanımızdadır. Azərbaycan bizi heç vaxt unutmur!" - deyə Ertem Şener vurğulayıb.
Şərhçi çıxışının sonunda Azərbaycan və Türkiyə xalqlarını birləşdirən qardaşlıq münasibətlərinin qorunmasının və daha da möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 Oktyabr 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















