ƏRZAQ, SU TOPLAYIN Rəsmi Berlindən əhaliyə qorxunc xəbərdarlıq olundu
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniyada vətəndaşlara gözlənilməz həyəcan siqnalı verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, vətəndaşlara strateji əhəmiyətli infrastrukturlara təhlükələrin artması və bu səbəbdən hətta elektrik enerjisinin uzunmüddətli kəsilmə ehtimalının yüksək olduğu haqda xəbərdarlıq edilib.
Mülki Mühafizə və Fəlakətlərə Yardım üzrə Federal Büronun sədr müavini Rene Funk bildirib ki, bu səbəbdən ölkdə hər bir ailə ehtiyat tədbiri olaraq ən azı üç günlük fövqəladə ləvazimat və ərzaqlara sahiblənməlidir: "Beynəlxalq gərginliyin artması və kiber təhdidlər səbəbiylə bu cür hazırlıqlar artıq qaçılmazdır. Vətəndaşlara səslənirəm. Uzun müddətli elektrik kəsilməsi də daxil olmaqla fövqəladə hallara hazır olun. Evlərdə adam başına günlük ən azı 1,5 litr su saxlayın, ərzaq və xüsusən konservləşdirilmiş qida ehtiyatı toplayın".
Xəbərdə deyilir ki, ölkənin strateji sahələrində əsasən Rusiya, Çin, İran və Şimali Koreya kimi ölkələrdən kiberhücumlar artıb: "Bu hücumlar əsasən elektrik şəbəkələri, internet, qida təchizatı, nəqliyyat şəbəkələri və ictimai təhlükəsizlik sistemləri kimi kritik infrastrukturları hədəfə alıb".
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 12 Dekabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















