Icma.az
close
up
RU
Ərzaq təhlükəsizliyi risk altında

Ərzaq təhlükəsizliyi risk altında

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər Azərbaycanda həm iri, həm də xırdabuynuzlu mal?qaranın sayında əhəmiyyətli azalma müşahidə olunur. Bu səbəbdən də müxtəlif xarici ölkələrdən Azərbaycana ət ixraçı xeyli artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, xüsusilə iribuynuzlu heyvanların, qoyun-keçinin sayında nəzərəçarpacaq azalma qeydə alınıb. İribuynuzlu mal-qaranın ümumi sayı ötən ilin ilk yarısı ilə müqayisədə 2 faiz azalıb. Hazırda ölkəmizdə 2.45 milyon iribuynuzlu mal-qara var.

Heyvanların baş sayının azalmasına təbii yem ehtiyatlarının, ənənəvi heyvandarlıqla məşğul olan fermerlərin sayının azalması, aşağı çəkidə heyvanların kəsilməsinin kütləvi hal alması və s. amillərin səbəb olduğu bildirilir.

Eyni zamanda iqlim dəyişikliyi nəticəsində quraqlıq hallarının artması, su ehtiyatlarının azalması və otlaq sahələrinin zəifləməsi, heyvanların suya olan tələbatının tam ödənilməməsi də əsas amillərdəndir.

Azalmaya səbəb olan amillərdən biri də ölkədə yemə olan tələbatın qismən ödənilməsidir. Təhlillər göstərir ki, tələbat qüvvəli yem üzrə 50-60 faiz, quru ot üzrə 40-50 faiz, sulu-şirəli yem üzrə isə 10 faiz civarında ödənilir.

Rəsmi statistikaya görə, ölkəmizdə adambaşına düşən illik ət və ət məhsulları 42 kiloqrama yaxındır. Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələrindən ət istehlakına görə, təxminən 40 faiz geri qalır. Adambaşına düşən illik ətin 75-80 faizinin yerli istehsal hesabına qarşılandığı bildirilir.

Azalmaya səbəb nədir?

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında kəskin azalmaya səbəb olan amillər var: "Son 8-10 ilin statistikası göstərir ki, ölkədə heyvan kəsimi 20 faiz artıb. Ancaq saxlanılan heyvanların sayı kəskin azalıb. Əvvəllər rayonlarda, kəndlərdə yaşayan insanlar mal-heyvan saxlayırdılar. Son illərdə böyük şəhərlərə köç səbəbindən heyvan saxlayanların sayında ciddi şəkildə azalma var. İndi bölgələrdə çox az adam maldarlıqla məşğul olur. Bununla yanaşı, təbii otlaqların da sayı azalıb. Heyvandarlıq çox ağır sahədir. Bu səbəbdən də çox adam artıq bu sahə ilə məşğul olmaq istəmir. Tarlada əkinçiliklə məşğul olmaq daha sərfəli gəlir insanlara".

Damazlıq saxlamaq üçün sahələr yoxdur

Ekspertin söylədiyinə görə, bu gün iribuynuzlu heyvan təsərrüfatlarının damazlıq saxlaması üçün sahələri yoxdur ki, yem bazalarını formalaşdırsınlar: "Artıq bir neçə ildir ki, yem qiymətləri bahalaşdığı üçün məcbur qalıb damazlıq heyvanları da kəsimə göndərirlər".

Otlaq sahələrinin təyinatı dəyişdirildi, örüş yerləri azaldı

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkədə 2015-ci ildə 2 milyon 697 min 500 baş iribuynuzlu, 8 milyon 645 min 400 baş xırdabuynuzlu mal-qara var idi. Elə həmin ildən pambıq əkininə start verildi, otlaq sahələrinin böyük hissəsində pambıq əkildi. Nəticədə mal-qara üçün yem bazası təşkil edən örüş yerləri azaldı: "2015-ci illə müqayisədə son 10 ildə 237 min 800 baş iribuynuzlu, 1 milyon 800 minə yaxın isə xırdabuynuzlu mal-qara azalıb. Ətin qiyməti son 10 ildə 2-2,5 dəfə bahalaşıb. Ətin bahalaşmasının əsl səbəbi məhsulun azalmasıdır. Bu azalmanın qarşısını almaq üçün örüş yerlərini artırmaq lazımdır".

Heyvandarlıq sektorunda geriləmə

Ekspertin sözlərinə əsasən ki, 2015-ci ildən etibarən heyvandarlıq sektorunda başlayan geriləmə indi də davam edir. Problemin yeganə həll yolu örüş yerlərinin artırılması və bunun ön plana çəkilməsidir".

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimlinin dediyinə görə, iqlim dəyişikliyi də örüş yerlərinin məhv olmasına səbəb olur. Belə olan halda da fermerlər heyvanları yemlə yemləməyə məcbur olurlar. Yemin qiyməti isə bahadır. Bu da istər-istəməz ətin maya dəyərinin yüksəlməsinə səbəb olur. Hazırda işğaldan azad olunan ərazilərdə yeni örüş sahələri açılıb. Hesab edirəm ki, həmin ərazilərdən istifadə heyvandarlığın inkişafına töhfə verə bilər. Qarabağdakı örüş yerləri hesabına maldarlığı əvvəlki səviyyəyə qaldırmaq mümkündür".

Yoluxucu xəstəliklərdən minlərlə baş heyvan tələf olur

Heyvandarlıqla məşğul olan Akif Quliyevin sözlərinə görə,  iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayında azalma səbəblərindən biri də heyvanlar arasında yayılan yoluxucu xəstəliklərdir. Xəstəliklərin geniş yayılması heyvan tələfatına, məhsuldarlığın aşağı düşməsinə səbəb olur: "Heyvanlar arasında yayılan xəstəliklər, xüsusilə yoluxucu olanlar, sürətlə genişlənir və çoxsaylı təsərrüfatlara zərər vurur. Xəstəlik riski olan bölgələrdə heyvandarlıq fəaliyyəti dayandırılır, bu isə kənd təsərrüfatı gəlirlərinə mənfi təsir edir. Bu səbəbdən də vaxtlı-vaxtında vaksinasiya prosesini həyata keçirmək lazımdır".

Yem və quru ot od qiymətinədir

İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, ət istehsalı Azərbaycanda 2018-ci ildən azalmağa başlayıb. Son bir neçə ildə isə daha da sürətlənib: "Kənd yerlərində örüş yerləri azdır. Ona görə də fermer heyvanları tövlədə saxlayıb yemləyir. Yem və quru ot çox bahadır. Örüş sahələrinin azlığı otun qiymətini bahalaşdırır. Belə olanda da fermerin çoxu buna tab gətirə bilmir və heyvanlarını dəyər-dəyməzinə satırlar. Nəticədə istehsal ciddi şəkildə azalır. Bu səbəbdən də əhalinin ətə olan ehtiyacı bu gün daha çox idxal hesabına ödənilir. Belə getsə, idxal ətlərin həcmi daha da artacaq".

A.Nəsirli hesab edir ki, ət idxalını azaltmaq üçün yerli istehsalı stimullaşdırmaq lazımdır: "Bölgələrdə yeni örüş yerləri yaradılmalıdır. Hətta mümkündürsə hər kənddə örüş yerləri olsun. İşğaldan azad olunmuş ərazilərin imkanlarından da istifadə edilməlidir. Bildiyimiz kimi, tarixən Laçın, Kəlbəcər yaylaqları heyvandarlıq üçün əlverişli ərazilər olub. Ona görə də bu ərazilərdə vaxtilə maldarlıq geniş inkişaf edib. Həmin örüş sahələri yenidən dövriyyəyə qaytarılsa, yerli istehsal artar. Heyvandarlıq üçün qışlaq və yaylaq sahələri olmalıdır. Bu, heyvandarlığın inkişafı üçün çox vacibdir. Yaranmış vəziyyəti düzəltmək üçün aqrar siyasət yenidən nəzərdən keçirilməlidir. Dövlət tərəfindən kiçik təsərrüfatlara dəstək gücləndirilməlidir. Ən başlıcası isə örüş sahələrinin artırılması və qorunması üçün müvafiq tədbirlər görülməlidir".

Vaxtından əvvəl kəsim heyvandarlığa ciddi ziyan vurur

Millət vəkili Tahir Rzayevin fikrincə, xırda və iri buynuzlu heyvanların vaxtından əvvəl kəsimi heyvandarlığa xeyli ziyan vurur: "7-8 kiloqramlıq quzuların, 50-60 kiloqramlıq danaların kütləvi kəsilməsi mal-qaranın sayının artımına öz mənfi təsirini göstərir. Quzular qoyun olmalıdır, qoç olmalıdır, danalar inək olmalıdır. Bunların erkən kəsimi gələcəkdə nəslin kəsilməsinə, eləcə də məhsulların azalmasına səbəb olan haldır. Bu yolla gələcəkdə yüksək məhsuldarlıq əldə etmək mümkün deyil".

Azərbaycanda iri və xırdabuynuzlu mal-qaranın sayının azalması kənd təsərrüfatının, həm də ümumilikdə ərzaq təhlükəsizliyinin ciddi risk altında olduğunu göstərir. Lakin müşahidələr göstərir ki, müvafiq dövlət qurumları bu məsələyə ya yetərincə diqqət ayırmır, ya da gecikmiş və təsirsiz tədbirlər görür.

Məsul qurumların reaksiyası ya gecikmiş, ya da formal xarakter daşıyır

Bu qədər açıq və təhlükəli bir prosesə baxmayaraq, məsul qurumların reaksiyası ya gecikmiş, ya da formal xarakter daşıyır.

Heyvan xəstəliklərinin yayılması ilə bağlı lazımi diaqnostika və nəzarət sistemləri hələ də zəifdir. Xəstəliklərin qarşısını almaq üçün peyvəndləmə kampaniyaları zamanında və əhatəli həyata keçirilmir. Kənd Təsərrüfatı Nazirliyi dövlət dəstəyinin böyük hissəsi iri təsərrüfatlara yönəlir, kiçik və orta fermerlər kölgədə qalır. Subsidiyaların bölgüsü bəzən qeyri-obyektiv və qeyri-şəffaf həyata keçirilir. "Damazlıq heyvan dəstəyi" kimi proqramlar real təsərrüfatların əksəriyyətinə çatmır. İcra Strukturları və Bələdiyyələrin yerli səviyyədə heyvandarlığın qorunması ilə bağlı təşəbbüslər yoxdur. Otlaq sahələrinin icarəsi və istifadəsi nəzarətsizdir, çox vaxt qeyri-qanuni yollarla başqa məqsədlərə yönəldilir.

Problemlərin aradan qaldırılması üçün müvafiq dövlət qurumları konkret və ölçülə bilən tədbirlər görməlidirlər. Xəstəliklərin qarşısının alınması üçün peyvəndləmə və baytarlıq nəzarəti gücləndirilməli, kiçik və orta fermerlərə əldə edilə bilən subsidiyalar verilməli, yem ehtiyatlarının yaradılması üçün regional dəstək proqramları icra olunmalı, erkən kəsim və qeyri-qanuni satış kimi hallar ciddi nəzarətə götürülməlidir. Əks təqdirdə, bu sahədə yaranan boşluq illərlə qurulan kənd təsərrüfatı sistemini məhv edə bilər.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see250

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see176

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see174

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see168

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see160

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see152

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see143

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see142

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see141

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see140

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see138

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see137

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri