Bu yağışda canavarlar da... Günün şeiri
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür.
Kulis.az “Günün şeiri” layihəsindən şairin “Eşidirsənmi?” şeirini təqdim edir.
Eşidirsənmi?
Amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız,
Bir yandan da bu yağış...
Bu yağışda canavarlar da
adam olub yorğan-döşəyə
girmək istəyirlər.
Görürsənmi?
Amma necə görəsən...
Qurtarmayıb hələ də
aramızdan keçən qatarın vaqonları.
Bir yandan da bu yağış...
Bu yağışda qorxudan
səs-səsə verib bar-bar bağırır
Qobustan qayalarının öküzləri də!
Eşidirsənmi?
amma necə eşidəsən...
İki il,
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız
bir yandan da bu yağış...
1964
G.M. - Qustav Mayrinkin hekayəsi Balaca qadın - Frans Kafkanın novellası "Öz balaca həyatlarından xatircəmdirlər..." - Belçikalı Nobel mükafatçısının pyesi
Bu mövzuda digər xəbərlər:Ömürlük qonasan bu ölməzliyə... Günün şeiri
25 Noyabr 2025 12:00
Bu gecə itləri güllələdilər Günün şeiri
01 Aprel 2026 10:52
Bu yağışda canavarlar da... Vaqif Səmədoğlu
19 Mart 2026 14:13
Bu dil bölünməyən torpağım oldu... Günün şeiri
20 May 2026 11:29
Bu da bir yuxudur, gəl tanış olaq... Günün şeiri
08 May 2026 10:19
Baxış sayı:37
Bu xəbər 05 İyun 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















