Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Ərzaq təhlükəsizliyi: Problemlər, nailiyyətlər, perspektivlər TƏHLİL

Ərzaq təhlükəsizliyi: Problemlər, nailiyyətlər, perspektivlər TƏHLİL

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Son illərdə bəzi ərzaq məhsullarının qiymətlərinin davamlı bahalaşması müşahidə olunur. Bunun bir neçə səbəbi var. Bəzən deyirlər ki, dünyadakı vəziyyətlə bağlıdır. Lakin bu yeganə arqument deyil. Biz görürük ki, dünyada bəzi məhsulların qiyməti ucuzlaşır, amma bizdə ucuzlaşmır. Digərləri isə deyirlər ki, yerli istehsalın azalması ilə bağlıdır. Lakin görürük ki, yerli istehsalı azalmayan məhsullarda bahalaşma var. Ümumilikdə ərzağın bahalaşması daha çox iki səbəblə- xarici və daxili amillərlə bağlıdır. Yəni, səbəblər birtipli deyil, fərqli səbəblər var və hamısının burada rolu var.

Bir-bir baxaq. Ümumiyyətlə, dünyada gedən proseslər, iqlim dəyişikliyi, quraqlıq və sair proseslər ərzaq istehsalını azaldır. Bu bütün ölkələrdə qiymətlərə təsir göstərir. Bəzi ölkələrdə bu yeganə səbəbdir. Lakin bizdə yeganə səbəb bu deyil. Bizdə bu həm də subyektiv səbəblərlə - korrupssiya amili, monopliya məsələləri, sahibkarlara, fermerlerə müxtəlif maneələr və s. ilə bağlıdır.

Azərbaycanda əhalinin ərzaq təminatı 50 faizdən artıq idxaldan asılıdır. Bəzi ərzaq məhsullarında isə bu rəqəm 70-80 faizə çatır. Yerli isatehsal ölkənin tələbatının yarısını belə ödəmir. Halbuki, Azərbaycanda kənd təsərrüfatı ilə əhainin 40 faizə qədəri məşğul olur.

İldən-ilə bir çox məhsullar üzrə idxal artır, istehsal azalır. Bu, heyvandarlıq, bitkiçilik və digər sahələrə də aiddir. Nəticədə də, idxaldan asılıllığımız bahalaşmaya səbəb olur.

İkinci səbəb, sahibkarlara, fermerlərə, əkinçilərə yaradılan maneələrdir. Məsələn, bir çox rayonlarda suvarma işi yaxşı təşkil olunmayıb deyə su ilə bağlı problemlər var. Heyvandarlar üçün örüş yerləri problemi var, yemin qiyməti də bahalaşır.

Bundan əlavə, kəndlilərin öz məhsullarını rahat şəkildə bazara çıxarması təmin olunmadığına görə, sahələrdə 20-30 qəpiyə alınan məhsul paytaxtada, iri şəhərlərdə 1-2 manata satılır. Yəni, məhsulu əkib-becərən yox, dəllallar, bazarları zəbt etmiş alverçilər qazanır. Bu halda istehsalçı da, istehlakçı da uduzur, ortada qazanan dəllallardır. Kəndli məhsulunu yerində 20 qəpiyə satır, mən burda 1 manata alıramsa, ortadakı 80 qəpiyi dəllallar qazanır.

Bundan başqa, istehsalçılara qarşı müxtəlif maneələr, əngəllər, bürokratik yanaşma amilləri var.Bu səbəbdən də, aqrar sektora milyardlarla pul ayrılsa da, bu sahədə ciddi irəliləyiş yoxdur. Halbuki, öz potensialına görə, Azərbaycanda neftdən sonra ən gəlirli sahə aqrar sektor olmalıdır. Aqrar sahə həm də yüngül və yeyinti sənayesi deməkdir. Təəssüf ki, biz bu sənaye sahələrini arzuolunan səviyyəyə qura bilməmişik və məhsulları daha çox xammal şəklində ixrac edirik.

Məsələn, pambıq məhsulunu emal edə bilmirik, xammal kimi ucuz qiymətə xaricə satırıq, oradan da dayanmadan hazır məhsullar idxal edirik. Nəticədə, özümüzdə 5 manata başa gələsi məhsulu xarici ölkədən 15-20 manata alırıq. Burda milyardlarla pul itiririk. Bu, digər sahələrə də aiddir.

Məhsulun maya dəyərinin artmasına da bir neçə amil təsir edir. Son illərdə suyun, bitkiçilik və heyvandarlıq üçün dərmanların, yanacağın qiyməti artıb. Təbii ki, bu da bütün istehsalçılara zərbə vurur. Həm də məhsulların maya dəyərini artırır.

Əlavə olaraq, bazarda tələb-təklif məsələsi də var. Tələb təmin olunmursa, qiymətlər bahalaşır. Ona görə də yeganə şərt məhsul bolluğunun təmin olunmasıdır . Məhsul bolluğununu da idxalla təmin etmək doğru deyil. Birincisi, ölkə bazarına mənşəyi məlum olmayan keyfiyyətsiz məhsullar gəlir. İkincisi, ölkədən küll miqdarda valyuta çıxır. Üçüncüsü, bizim yerli istehsalçı sıradan çıxır, bazarlar xarici məhsulla dolur. Bunların hamısı ölkə iqtisadiyyatına zərər vurur, insanları işsiz, torpaqlarımızı istifadəsiz qoyur.

Ölkəmizdə aqrar siğorta sistemi də işləmədiyinə görə fermerlər bir çox hallarda zərərə düşür. İnsanlar əziyyət çəkib, hektarlarla yerdə əkin-biçin edir. Son nəticədə, əldə etdiyi gəlir xərcləri ödəmir. Və gələn il əkmək istəmirlər. Artıq bu sahə sıradan çıxır. Nəticədə həmin məhsullar xaricdən gətirilir. Halbuki, bizim ele potensialımız var ki, Azərbaycan öz əhalisini tam şəkildə bütün ərzaq məhsulları ilə təmin edə bilər. Əlavə olaraq da böyük ixrac imkanlarımız var. Sadəcə, Kənd Təssərrufatı Nazirliyi aqrar sahədə düzgün stimullaşdırma aparmır, düzgün proqramlar yerinə yetirmir. Baxmayaraq ki, milyardlarla dövlət vəsaiti ayrılır. Deməli, bu sahədə idarəetmədə problem var.

Ölkədə bolluq və ucuzluq yaratmağın çox sadə üsulu var. Bunun üçün bütün ölkə boyu daimi yarmarkalar təşkil olunmalıdır. Bakı şəhərində 10, Gəncə, Sumqayıt şəhərlərində 2 yerdə, digər şəhərlərdə 1 yerdə ilin 365 gün daimi yarmarkalar olmalıdır. Bu yarmarkalara ancaq öz məhsulunu istehsal edən kəndlilər, sahibkarlar, fermerlər buraxılmalıdır. Bu halda onlar öz məhsulunu sahədə 20 qəpiyə deyil, orada 60 qəpiyə satacaq, 3 qat gəlir əldə edəcək. Biz də alıcı olaraq 1,2 manata yox, 60 qəpiyə almış olacağıq. Deməli, biz burda 2 dəfə də irəli düşürük, dəllallar isə ortadan çıxır. Nəticədə, öz məhsulundan yaxşı gəlir əldə edən sahibkarlar, fermerlər, əkinçilər gələn il daha çox məhsul istehsal etməyə çalışacaq, öz imkanlarını genişləndirəcək. Texnika alacaq, daha çox işçilər tutacaq, çalışacaq ki, çox məhsul istehsal etsin.

Aqrar sektorda məhsul azalması sənayeyə də zərər vurur. Çünki yeyinti sənayesi, yüngül sənaye artıq təmin olunmur. Biz niyə duru yağları Rusiyadan, Ukraynadan almalıyıq?! Özümüzdə qarğıdalı, zeytun, günəbaxan bitmir? Biz niyə konservləşdirilmiş məhsulları, məsələn adicə tomatı xarici ölkədən idxal etməliyik? Pomidorumuz yoxdur? Eləcə də davamlı olaraq ətin qiyməti qalxır. Niyə? Çünki heyvandarlıqda da maya dəyəri artıb, örüşlər azalıb. Bu kimi məsələlər ətin qiymətinin bahalaşmasına gətirib çıxarır. Nəticədə ərzağın bahalaşması baş verir.

Hazırda mövsümlə bağlı bir çox kənd təsərrüfatı məhsulalrının, xüsusən də meyvə-tərəvəzin qiymətində ciddi ucuzlaşmalar qeydə alınıb. Bu il bu məhsullar boldur. Digər bir sıra məhsullarda da bolluq yaranıb. Son illərdə həyata keçirilən bəzi dövlət tədbirləri bu istiqamətdə müəyyən müsbət irəliləyişlərin baş verməsinə səbəb olub. Lakin bu da potensiala adekvat deyil. Azərbaycanın potensialı mövcud həcmlərdən dəfələrlə artıqdır.

Ərzaq istehsalını artırmaq üçün böyük dövlət qroqramı qəbul olunmalıdır. Ölkə əhalisinin yarısı Bakı və Abşeron zonasına yerləşib. Dövlət elə siyasət yürütməlidir ki, şəhərlərə axışmış əhali geri qayıtsın, orada iş yerləri ilə təmin olunsun, təssərrüfatlar yaratsın, heyvandarlıqla məşğul olsun, əkin-biçin etsinlər. Regionlarda kiçik istehsal sexləri təşkil olunmalıdır.

Bundan əlavə, insanlara güzəştli şərtlərlə kredit verilməlidir ki, gedib özünə iş yaratsın. Nəticədə, əhali bir yerə doluşmaz, Bakının da yükü azalar. Regionlarda da iqtisadi aktivlik olar. Məşğulluq məsələsi aradan qalxar. Xaricə çıxan valyutamız azalar. Dövlətin sosial yükü də azalar. Bu halda ünvanlı sosial yardım verməyə də ehtiyac qalmayacaq, insanlar özləri qazanacaq.

Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyun 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri