Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Putinin Paşinyana təzyiqinin arxasındakı ƏSL SƏBƏB

Putinin Paşinyana təzyiqinin arxasındakı ƏSL SƏBƏB

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazır olduğunu bildirib.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlama verib.

“Əvvəlki kimi, biz nəqliyyat və iqtisadi əlaqələrin açılmasında, humanitar məsələlərin həllində, sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasının hazırlanmasında və təminində Bakı və İrəvana kömək etməyə hazırıq”,-deyə Qaluzin bildirib. 

Nazir müavini qeyd edib ki, rəsmi Moskva 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən əldə edilən üçtərəfli razılaşmalara uyğun olaraq münasibətlərin tam və hərtərəfli normallaşdırılmasına yönəlmiş səyləri ardıcıl şəkildə dəstəkləyir. 

“Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanı, yəni Cənubi Qafqaz ölkələrini və onların tarixi qonşularını birləşdirən 3+3 regional əməkdaşlıq platformasında əhəmiyyətli potensial görürük. 

Bu mexanizm region ölkələri və onların qonşuları tərəfindən dağıdıcı xarici müdaxilə olmadan regionun problemlərinin həllini asanlaşdırmaq üçün nəzərdə tutulub”,-deyə diplomat əlavə edib.

Mixail Qaluzinin açıqlaması Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə vermək təşəbbüsü kimi təqdim olunsa da, bu çıxış Kremlin maraqlarından irəli gələn bir sıra  gizli siyasi mesajları əks etdirir. 

Belə ki, Rusiya Azərbaycanla Ermənistan arasında artıq reallaşmaqda olan sülh müqaviləsinin məhz Moskva platformasında imzalanmasını təklif edir. Yəni Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbulu,  Azərbaycanla  sülh müqaviləsinin imzalanması və kommuniskasiyaların açılması qaçılmaz olacaq. 

Bu isə Ermənistanın Moskvanın asılılığından çıxması və Rusiyanın Cənubi Qafqazda geosiyasi təsirinin daha da zəifləməsinə gətirib çıxara bilər. Ona görə də Rusiya sülh müqaviləsinin Vaşinqton platformasında deyil,  Moskvanın maraqları nəzərə alınmaqla Kremldə imzalanmasını istəyir. 

Dolayısı ilə Rusiya bölgədə idarəolunan sülh modeli təklif edir. Əks təqdirdə, Cənubi Qafqazda münaqişələrin aradan qalxması, sülhün və sabitliyin təmin olunması Rusiyanın təsir imkanlarını azaldacaq. 

Ona görə də Rusiya sülh prosesini 2020-2022-ci illərə qaytarmaq və  danışıqlar prosesinə dominantlıq etmək istəyir. Son vaxtlar Ermənistana edilən təzyiqlərin əsas səbəblərindən biri də məhz bununla bağlıdır. Yəni Ermənistanın Avropa İttifaqına üzvlüyünü əsas gətirərək Rusiyanın İrəvana iqtisadi qadağalar tətbiq etməsi sadəcə bəhanədir. 

Moskvanın əsl niyyəti Ermənistanı Azərbaycanla sülh müqaviləsindən və ABŞ ilə birlikdə Zəngəzur dəhlizinin açılmasından çəkindirməkdir. ABŞ-nin dövlət katibi Marko Rubionun İrəvana səfəri və Ermənistanla strateji tərəfdaşlıq haqqında, eyni zamanda TRIPP layihəsi üzrə işlərə başlanılmasına dair saziş imzalamasından sonra Rusiyanın təzyiqlərinin artması təsadüfi deyil. 

Moskva dolayısı ilə Baş nazir Nikol Paşinyana 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla və ABŞ ilə əldə edilmiş razılaşmalardan imtina etmək həmçinin Rusiyanın geosiyasi təsir zonasına qayıtmaq müqabilində iqtisadi qadağaları  ləğv etməyə, eləcə də seçkilərdə ona dəstək verməyə hazır olduğu mesajını çatdırır. 

Mixail Qaluzin 3+3 formatını xatırlatmaqla bölgənin problemlərinin yalnız region ölkələri tərəfindən həll edilməli olduğunu, ABŞ-nin və Avropa İttifaqının Cənubi Qafqazdakı proseslərdə iştirakına Rusiyanın yol vermək istəmədiyinə eyham vurur. 

Bir sözlə, Rusiya Ermənistana və Azərbaycana həm sülh müqaviləsinin imzalanmasında, həm də kommunikasiyaların açılması prosesində Kremlin maraqlarının nəzərə alınmasının vacibliyini çatdırmaq istəyir. Lakin Rusiya artıq münaqişənin geridə qaldığını və regionda formalaşmış status-kvonu  dəyişməyin qeyri-mümkün olduğunu nəzərə almır. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: Putin Paşinyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyun 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri