Erzurumspor daha Nəriman Axundzadəni istəmir?
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin "Erzurumspor"dakı gələcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Bakıvaxtı.az xəbər verir ki, futbolçunun meneceri Tural Əsgərov oxu.az-a açıqlamasında sosial şəbəkələrdə yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
O, heç bir klubun Nərimanı istəmədiyi və ya onunla müqaviləni pozmaq niyyətində olduğu barədə rəsmi açıqlama vermədiyini vurğulayıb:
"Sosial şəbəkələri elə də izləmirəm. Orada çox şey yazıla, hər cür məlumat yayıla bilər. Hələlik fakt odur ki, Nəriman oynayır. "Erzurumspor"un və ya "Kolambus Kryu"nun Nərimanı istəmədiyini demək qətiyyən düzgün deyil. Heç bir klubdan bizə "Nərimanı istəmirik, onunla müqaviləni pozmaq istəyirik" kimi fikir bildirilməyib.
Belə bir hal olarsa, klubların özündən də xəbər tutacaqsınız. Nərimanın nə düşündüyünə, gələcəkdə nə etmək istədiyinə gəlincə, ən azı qışa qədər "Erzurumspor"da qalacaq. Ondan sonra vəziyyətə baxıb nə etmək lazım olduğunu müəyyənləşdirəcəyik".
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevralında "Qarabağ"dan ABŞ-nin "Kolambus Kryu" klubuna transfer olunub. O, avqustda "Erzurumspor"a icarəyə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 11 Noyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















