Əsas məqsədimiz COP29da bütün tərəflər üçün naviqator rolunu oynamaqdır Muxtar Babayev
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əsas vəzifə bütün tərəflər üçün lazımi şəraiti yaratmaq eləcə də bu məsələlərdə naviqator rolunu oynamaqdır".
Moderator.az xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib:
Onun sözlərinə görə, hələ ki konfrans çərçivəsində alınan qərarlarda hansısa rəqəmlər haqqında danışmaq tezdir.
“Proseslər başlayıb, gərgin danışıqlar davam edir. Hələ ki, bütün tərəflər aktiv iştirak edir. Öz mövqelərini bir-birilərinə çatdırmağı bacarırlar. Böyük vəzifələrin icrası böyük əmək tələb edir. Bununla yanaşı təmkinli olmaqda da fayda var. İşlərin uğurla nəticələnməsi üçün əlimizdən gələni edirik” , - M.Babayev vurğulayıb.
Baxış sayı:130
Bu xəbər 14 Noyabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















