Icma.az
close
up
RU
Əsas məsuliyyət daşıyan tərəf Rusiyadır EKSPERT ŞƏRH ETDİ

Əsas məsuliyyət daşıyan tərəf Rusiyadır EKSPERT ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Rusiya ilə münasibətlərdə Azərbaycan tərəfindən yanaşmalarda kardinallıq və xüsusilə də pisə doğru heç bir dəyişiklik əlaməti yoxdur. Azərbaycanın Rusiya ilə münasibətlərdə prinsipial mövqeyi davam edir. Bu, bölgədə sabitliyin qorunması, Rusiyanın bu bölgədə beynəlxalq hüquqa əsaslanan mənafelərinə və maraqlarına hörmətlə yanaşılması, birgə layihələrin icra edilməsində özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycandan asılı olmayan bəzi səbəblərdən Rusiya ilə münasibətlərdə müəyyən fasilənin və soyuqluğun yaranması göz önündədir: "Xüsusilə də təyyarə qəzasının sona qədər araşdırılmaması, Rusiyanın bəzi media orqanlarında Azərbaycanın əsaslı səbəblərlə həmin orqanların ölkədə fəaliyyətini dayandırması və Azərbaycan Prezidentinin 9 may paradında iştirak etməməsi ilə bağlı Rusiya mediasında yaradılan ajiotaj nəticəsində münasibətlər formal olaraq müəyyən qədər soyumuş kimi görünür.

Amma təbii ki, bu soyuqluğun aradan qaldırılmasında əsas məsuliyyət daşıyan tərəf Rusiyadır və vəziyyəti düzəltmək üçün addımların əsasən Rusiyadan atılması gözlənilir.Yaxın gələcəkdə nələrin baş verəcəyi məsələsinə gəldikdə isə Azərbaycan yalnız münasibətlərin tənzimlənməsi yönümündə addımlar ata bilər. Əldə olunmuş razılaşmalar çərçivəsində bütün addımların atılacağı da Azərbaycan tərəfindən heç bir şübhə doğurmur. Amma fikrimcə, Rusiyanın Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmaq yönümündə yaxın dövrdə əsaslı addımlar atması gözlənilmir. Əksinə, Rusiya Cənubi Qafqazda mövcud status-kvonun saxlanmasında, xüsusən də Azərbaycanla münasibətlərin indiki formal soyuqluq vəziyyətində qalmasında daha çox maraqlıdır".

Siyasi ekspert fikrlərinə davam edərək bildirib ki, Azərbaycanla formal soyuq münasibətdə görünmək, Rusiya üçün indiki şəraitdə Ermənistana təzyiqləri daha da artırmaq görüntüsü və imkanı yaradır: "Belə bir vəziyyətdə Rusiya həm daxili, həm də beynəlxalq müstəvidə Ermənistanla bağlı atdığı addımları Azərbaycanla əlaqələndirmədən həyata keçirə bilər. Əgər Rusiya Azərbaycanla isti münasibətlər fonunda Ermənistana təzyiq etsə, bu zaman kənardan belə rəylər yarana bilər ki, guya Rusiya Azərbaycanla birlikdə Ermənistana qarşı fəaliyyət göstərir. Amma əgər münasibətlərdə soyuqluq müşahidə olunursa, bu zaman Rusiya tərəfindən Ermənistana yönələn siyasi və diplomatik təzyiqlər daha obyektiv qəbul edilə bilər.

Mənim fikrimcə, bu halda heç kim Ermənistana qarşı təzyiqlərin artırılmasında Azərbaycanla Rusiya arasında hər hansı bir gizli əməkdaşlıqdan danışa bilməz və Rusiyanın Azərbaycanla birgə hərəkət etdiyi barədə irad və ya eyham səsləndirə bilməz".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 May 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri