Əsas millidən hər zaman dəvət gözləyirəm Nəriman Axundzadə
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Dünən Azərbaycan və Şotlandiya U-21 yığmaları qarşılaşıb (2:5). "Ərzurumspor"un futbolçusu Nəriman Axundzadə millimizin heyətində çıxış edib. O, görüşdə U-21-in ilk qolunun müəllifi olub. Forvard matçla bağlı fikirlərini bölüşüb.
"Qarabağ"ın sabiq forvardının Fanat.Az-a açıqlaması belə olub:
“Bizim üçün gözəl təcrübə oldu, belə komandalara qarşı oynamaq xoşdur. Komanda kimi inkişaf edirik.
Qol barədə deyə bilərəm ki, həmişə çalışıram fərqlənib komandama kömək edim. Beş gün sonra da vacib oyundur, məqsədimiz yaxşı hazırlaşıb qələbə əldə etmək, U-21 yaş qrupundakı rekordu təzələməkdir.
Əsas millidən hər zaman dəvət gözləyirəm. Dəvət etsələr, əlimdən gələni etməyə hazıram.
“Ərzurumspor”la bağlı hər şey qaydasındadır. Yeni komandama uyğunlaşmağa çalışıram. Vaxt keçdikcə daha da yaxşıya doğru gedəcək”.
Əlisahib İbrahimli
Baxış sayı:156
Bu xəbər 01 Oktyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















