“Əsas problem müəllimin tədris metodikasını bilməsi ilə bağlıdır” Vəfa Yaqublu
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
“Sertifikatlaşdırma və MİQ imtahanları nəticəsində fənnini zəif bilən müəllimlərin faizi kəskin azalıb”.
Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Real TV-nin "Orta gün" verilişində söyləyib.
V.Yaqublu bildirib ki, əsas problem müəllimin öz fənninin tədrisi metodikasını bilməsi ilə bağlıdır:
“Tədris metodikasını bilmək "uşaq öyrənmək istəmir" postulatından uzaqlaşmaq deməkdir. Metodika elmi “öyrənməyi bacarmayan şəxsi necə öyrətmək olar?” sualına cavab verən elmdir. Ona görə də biz çalışırıq ki, müəllimlər öz fənlərinin tədris metodikasını bilsinlər.
Dərs demək dərslikdə yazılanı uşaqlara söyləmək deyil. Öyrənməyi bacaran uşaq elə dərslikdə yazılanı özü də oxuyub öyrənə bilir. Müəllimin funksiyası dərslikdə yazılanı daha rahat, müxtəlif formalarda uşaqların səviyyəsinə uyğun şəkildə çatdırmaq və onu qiymətləndirməkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 11 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















