Damda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində vətəndaşın tikilinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Axar.az FHN-in Mətbuat xidmətindən bildirib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaş, 1985-ci il təvəllüdlü Məmmədov Məhəbbət İldırım oğlunun tikilinin damında təmir işləri apararkən müxtəlif dərəcəli xəsarətlər alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər təhlükəli vəziyyətdə qalan şəxsə yerində ilkin yardım göstərdikdən sonra xüsusi xilasetmə vasitələrinin köməyi ilə aşağı endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 Oktyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















