Icma.az
close
up
RU
Əsəbləri sakitləşdirir, yaddaşı gücləndirir

Əsəbləri sakitləşdirir, yaddaşı gücləndirir

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zəfəran tarix boyu həm qiymətli ədviyyat, həm də dərman bitkisi kimi tanınıb. Zəfəranın tərkibindəki güclü antioksidant komponentləri ilə sağlamlığa bir çox faydaları var.

Turkustan.az Qafqazinfo-ya istinadla xəbər verir ki, zəfəran düyü, toyuq və şorba kimi yeməklərə və ya çaya əlavə edilərək istifadə olunur.

Zəfəran çayı xüsusilə xoralar və həzm problemləri üçün faydalı sayılır. Kalsium və dəmirlə də zəngin olan bu bitkinin tərkibində B, C və A vitaminləri var.

Tərkibindəki minerallar və vitaminlər soyuqdəymə zamanı qızdırmasalıcı və enerji verici təsirə malikdir. Ağciyər xəstəliklərində, xüsusilə bronxit və astmada faydalıdır.

Zəfəran antioksidant quruluşu sayəsində ürək xəstəliklərinə müsbət təsir edərək ürək sağlamlığını dəstəkləyir. Bədəndəki serotonin səviyyəsini idarə edən zəfəran, depressiya başda olmaq üzrə bir çox psixoloji problemin qarşısını alır.

Zəfəran antioksidant və antikanserogen təsirləri ilə xərçəng şişlərinin yayılmasının qarşısını alır və şişlərin kiçilməsinə kömək edir.

Amerikada aparılan araşdırmalar zəfəranın iştahı idarə etməkdə təsirli olduğunu göstərib. Zəfəranın yemək istəyini azaldaraq qidalanma pozuntusuna yaxşı gəldiyi deyilir.

Həmçinin beyin və sinir sisteminin sağlamlığını yaxşılaşdırmaq üçün istehlak edilə bilən ədviyyatlar arasındadır.

Yaddaşı gücləndirir və son illərdə Altsheymer xəstəliyinin müalicəsində alternativ üsul kimi istifadə edilir. Zəfəranın tərkibindəki antioksidantlar insanın öyrənmə və yaddaş funksiyalarına təsir edərək idrak sağlamlığını dəstəkləməyə və yaxşılaşdırmağa kömək edir.

Bunlardan başqa zəfəran diş sağlamlığında da təsirlidir. Diş ətinin qanamasından tutmuş, çürük əmələ gəlməsinin qarşısını almağa qədər bir çox faydalı təsiri olan bitki gözlər də daxil olmaqla bir çox orqanların işini tənzimləyir.

Zəfəran çiçəyinin tərkibindəki komponentlər dəridə ultrabənövşəyi şüaların yaratdığı zədələrə qarşı qoruyucu qalxan yaradaraq sərbəst radikalların təsirini azaldır.

Zəfəran bitkisi də dərinin təbii qoruyucu baryerini gücləndirərək onun xarici faktorlara qarşı daha davamlı olmasına şərait yaradır.

Zəfəran tozu ilə hazırlanan üz maskaları dərini daha canlı və hamar edir.

Beləliklə zəfəran:

Zəfəran antioksidanlarla çox zəngindir. Hüceyrələri stressdən qoruyur.

Yaşla bağlı psixi pozğunluqlar üçün faydalıdır.

İltihabların müalicəsində istifadə olunur.

Yaddaşı gücləndirir.

Tənəffüs xəstəliklərinin müalicə prosesini dəstəkləyir.

Xərçəng şişlərinin yayılmasının qarşısını alır və onların kiçilməsinə kömək edir.

Zəfəranın qoxusu rahatlaşdırıcı və sakitləşdirici təsirə malikdir.

Həzm sistemini dəstəkləyir.

Mədə xorasının müalicəsində istifadə olunur.

Diş ətlərini gücləndirir, diş əti ağrısını azaldır.

Dərinin parlaq və canlı görünməsinə kömək edir.

Dərinin qocalmasının qarşısını alır. Dərini günəşin zərərli təsirlərindən qoruyur.

Gündəlik tövsiyə olunan miqdardan artıq istifadə həyati təhlükəsi olan zə hərlənmələrə səbəb ola bilər. Gündəlik zəfəran istehlakının 30 milliqramdan çox olmaması tövsiyə olunur. Həddindən artıq istehlak böyrəklərə zərər verə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Dekabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see290

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see256

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see236

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see235

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see234

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see220

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see215

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see206

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see203

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see202

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see202

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see202

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see200

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see200

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see189

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see189

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see188

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see185

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see184

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri