Əsəd Suriyadan qaçıb? Dəməşqdən AÇIQLAMA
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Suriya prezidenti Bəşər Əsədin ölkədən qaçdığı barədə xəbərlər yayılıb.
Modern.az-ın məlumatına görə, bir sıra ərəb və qərb mətbuatı onun Suriyanı tərk etdiyini bildirib.
Bəzi KİV-lər onun İrana, digərləri Rusiyaya getdiyini iddia edib.
Ancaq Suriya Prezidentinin mətbuat xidməti iddiaları təkzib edib.
Prezidentin sarayından bildirilib ki, Əsəd Dəməşqdədir və ölkəni tərk etməyib.
Bəyanatda vurğulanır ki, Suriya liderinin başqa ölkələrə gizli səfərləri ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
“Bəzi xarici media prezident Bəşər Əsədin Dəməşqi tərk etməsi və ya onun bu və ya digər ölkəyə gizli səfərləri ilə bağlı şayiələr və yalan xəbərlər yayımlayır. Prezident Aparatı bütün bu şayiələri təkzib edir”, - deyə müraciətdə bildirilir.
Prezidentin mətbuat xidməti, həmçinin Ədədin “işini, milli və konstitusiya məsuliyyətlərini Dəməşqdən yerinə yetirməyə davam etdiyini” qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 07 Dekabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















