Icma.az
close
up
RU
Əsədin getməsi ilə “qızıl halqa” qırıldı ŞƏRH

Əsədin getməsi ilə “qızıl halqa” qırıldı ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

İranın proksi qüvvələrdən ibarət “müqavimət oxu”nda dağılma prosesi başlandı

İran lideri Əli Xamenei Bəşər Əsəd rejiminin süqutuna ilk dəfə münasibət bildirib. Xamenei Suriyada baş verənlərin 3 ölkə tərəfindən planlaşdırıldığını deyib: “ABŞ, İsrail, bir də əlbəttə ki, Suriyaya qonşu olan ölkə”. Onun Türkiyənin adını çəkməməsi, “işarə vurması” diqqətdən yayınmayıb. Dini rəhbər əlavə edib ki, İran kəşfiyyatı 3 ay ərzində Suriya Prezidenti Bəşər Əsəd hökumətinə onu təhdid edən təhlükə barədə xəbərdarlıq edib: 

“Kəşfiyyatımız bir neçə ay əvvəl Suriya hakimiyyət orqanlarına xəbərdarlıq mesajları göndərmişdi. Bilmirəm, onlar yüksəkvəzifəli məmurlara çatıb, ya yox”. "Bloomberg" məlumat yayıb ki, Suriyadakı vəziyyət və Prezident Bəşər Əsədin devrilməsi İran və onun bölgədəki “müqavimət oxu”nu (proksi qüvvələr) şoka salıb. Qeyd olunur ki, İran rəsmiləri Suriyada baş verənləri qabaqcadan gördüklərini deyərək, bunun əhəmiyyətini azaltmağa çalışırlar. Nəşr yazır ki, İranın regiondakı əsas müttəfiqləri, o cümlədən “Hizbullah” və HƏMAS-ın zəifləməsi səbəbindən Tehran bölgədə hərbi-ideoloji təsirini yaymaq strategiyasından imtina edə bilər. İqtisadçı və ölkənin keçmiş prezidentinin müşaviri Səid Lailaz bildirib ki, İran özünü bir az cilovlamalıdır: "İran üçün təhlükə Suriya və orada baş verənlərdən yox, daxildən gəlir". 

Britaniyanın “Teleqraf” nəşri də məlumat yayıb ki, Əsədin devrilməsi SEPAH-da qarşıdurmanı gücləndirib: Bəşər Əsəd hökumətinin devrilməsindən hiddətlənən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri onun süqutunda və İranın regionda nüfuzunun itirilməsində bir-birini günahlandırırlar". Qəzet iki SEPAH rəsmisinə istinad edərək yazır ki, heç kim bu məsələyə görə məsuliyyət daşımaq istəmir: “İndi İranın hərbi hakimiyyət orqanları bu vəziyyətdən necə çıxacaqlarını düşünürlər. SEPAH-da bəzi insanlar baş verənlərə görə Qüds Qüvvələrinin komandanı İsmayıl Qaanini günahlandırır. Heç kim bunu onun özünə deməyə cəsarət etmir, ancaq reallıq budur ki, Qaani İranın maraqlarının itirilməsinin qarşısını almaq üçün heç bir iş görmədi və vəziyyəti yalnız Tehrandan izləməklə kifayətləndi”. 


Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Əsədin devrilməsi ilə Türkiyə, ABŞ, İsrail qazanan, Rusiya kompensasiya imkanlarını hələ də saxlayan tərəf olsa da, əsas itirən İran oldu. Ekspertin sözlərinə görə, bunu Tehranın özündə də etiraf edirlər: 

"Hakimiyyət daxilində əsas ittiham hədəfi xarici işlər naziri Abbas Araqçıdır. Onun Əsəd devrilməmişdən bir həftə öncə Dəməşqdə “şaurma” (şavarma) yeyəyərək, “hər şey qaydasındadır” mesajı tənqid olunur. Əsas diqqətçəkən məqamlardan biri Suriyadakı uğursuzluğun Araqçının timsalında Pezeşkian hökumətinin üzərinə qoymaq cəhdlərinin də edilməsidir. İslahatçı qanada yaxın olanlar arasında isə Əsədin devrilməsinə “İran xalqının pullarının göyə sovrulmasına son qoyulması” kontekstində sevinənlər var. Tehranın Suriyada itkilərindən biri “İran xalqının göyə sovurduqları” pullardır. Rəsmi mənbələr bu haqda danışmaqdan qaçsa da, İranın Suriya müharibəsi başlayandan etibarən bu ölkəyə ildə orta hesabla 6 milyard olmaqla indiyə qədər 50 milyard dollar civarında xərclədiyi haqda məlumatlar var. İranın Suriyaya bu qədər pul xərcləməsinin ana səbəbi “müqavimət oxu”nda “qızıl halqa”nı qoruyub saxlamaq məqsədi daşıyırdı. Xameneinin müşaviri Vilayətinin dediyi kimi, “Suriya hökuməti olmasa, bu halqa qırılacaq və İsrailə qarşı müqavimət zəifləyəcək”. 

A.Nərimanlıya görə, Əsədin getməsi ilə “qızıl halqa” qırıldı və İranın proksi qüvvələrdən ibarət “müqavimət oxu”nda dağılma prosesi başlandı: "Suriyada məğlubiyyət İrana Hizbullahla (Livan) quru əlaqəsini itirmək təhlükəsini yaradıb. Qəzzada HƏMAS-ın, Livanda Hizbullahın ciddi “qan itirməsi”ndən sonra Suriyadakı nəticə “müqavimət oxu”nun koordinasiyasını pozdu. İran-İraq-Suriya-Livan xətti Tehranın “şiə hilalı” planlarını alt-üst edir. Növbəti hədəfin İraq və Yəmən olacağı, bu ölkələrdə İrana bağlı Haşdi Şabi və husilərin sıradan çıxarılmasına start veriləcəyi ehtimalı böyükdür. Husilərin vurulması Tehran üçün təkcə İsraillə yox, həm də dini müstəvidə strateji rəqibi olan Səudiyyə Ərəbistanla mübarizədə də itki, İraqda məğlubiyyət isə dağılma prosesinin İran sərhədlərinə çatması deməkdir. Xüsusilə Trampın Ağ Evdə fəaliyyətə başlamasından sonra İranı daha çətin günlər gözləyir. Hərçənd, Tehran asanlıqla təslim olmayacaq və ata biləcəyi addımları bir neçə kontekstdə təxmin etmək olar. İraqda və Yəməndəki qüvvələrini qorumağa və nə qədər çətin olsa da, Hizbullahı yenidən gücləndirməyə çalışacaq. Proksi qüvvələrini qorumaq üçün Moskva ilə anlaşa, bu qüvvələrin idarəçiliyində Rusiyanın iştirakını qəbul edə və ondan “qalxan” kimi istifadə edə bilər. “Müqavimət oxu”nun zəifləməsi İranın “strateji çəkindiricilik” gücünü də zəiflədir, bu baxımdan, Tehran üçün çıxış yollarından biri nüvə silahını əldə etmək istiqamətində səylərini artırmaq ola bilər. Bütün bunların fonunda İranın İsraillə birbaşa müharibədən nə qədər yayına biləcəyi də həlledici problemlərdən biri olaraq qalır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2024 05:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri