Icma.az
close
up
RU
Əsədin “tarixi” Ermənistan açıqlaması İndi növbə Bakınındır!

Əsədin “tarixi” Ermənistan açıqlaması İndi növbə Bakınındır!

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanın yanındayıq” – bunu Suriya Prezidenti Bəşər Əsəd ötən ilin noyabrında Dəməşqdə qəbul etdiyi Ermənistan parlamentinin vitse-spikeri Hakob Arşakyana söyləmişdi. Bu təbiidir. Ermənilər Əsəd rejiminə sıx bağlıdırlar. Suriyada yaşayan ermənilər Əsədin ordusunda xidmət keçirlər”.

Globalinfo.az xəbər ki, bunu siyasi ekspert Elxan Şahinoğlu Suriyada müxalifət qüvvələrinin Əsəd ordusunu ərazilərdən çıxararaq şəhərləri ələ keçirməsi ilə bölgədə yaranan vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, Əsədin Ermənistana verdiyi dəstək İran amili ilə də bağlıdır:

“Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindən Rusiya ilə birgə Suriyaya hərbçi göndərməyi xahiş etdikdə, KTMT ölkələrindən təkcə Ermənistan müsbət reaksiya verdi. Baş nazir Nikol Paşinyan Suriyaya heyət göndərdi. Bundan məmnun qalan Əsədin Ermənistana verdiyi dəstək İran amili ilə də bağlıdır. İranın dostları və tərəfdaşları avtomatik Əsədin də dostları və tərəfdaşları, düşmənləri isə onun da düşmənləri idi. Əsəd Azərbaycan-Türkiyə müttəfiqliyinə Tehranın prizmasından baxırdı.

Ancaq indi Əsəd elə bir vəziyyətdədir ki, dostları və tərəfdaşları onu yalnız buraxıb. Rusiya və İran dağılmaqda olan rejimi xilas etməyin anlamsız olduğu qənatindədirlər. Ermənilər isə Əsədin simasında sadiq dostlarını itirmək üzrədirlər”.

E.Şahinoğlu vurğulayıb ki, önəmli olan Azərbaycanın strateji müttəfiqi Türkiyənin Suriyada maraqlarının təmin edilməsidir:

“Əsəd rejiminin yıxılması perspektivi Suriyanın problemlərinin və ərazi bütövlüyünün təmini anlamına gəlmir. Suriyaya qonşu İraqda Səddam Hüseyn rejiminin devrilməsi bu ölkənin problemlərini azaltmadı. Oxşar vəziyyət Suriyada yarana bilər. Önəmli olan Azərbaycanın strateji müttəfiqi Türkiyənin Suriyada maraqlarının təmin edilməsidir. Bunlardan biri Suriya ərazisində terrorçu PKK və ona bağlı silahlı qrupların neytrallaşdırılmasıdırsa, digəri yerli türkmənlərin təbii haqlarının bərpasıdır. Ermənistan vaxtilə Əsəddən yana oldu, yanıldı, indi Azərbaycanın növbəsidir, Türkiyə ilə birgə Suriyadakı qardaş türkmənlərdən yana olmalıyıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Dekabr 2024 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri