Icma.az
close
up
RU
Menu

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Seçim Parisin, qərar isə Bakınındır...

Seçim Parisin, qərar isə Bakınındır...

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransız vətəndaşı Martin Rayanın əfvi Azərbaycanın daxili məsələsidir

Fransa ilə əlaqələrin gələcək taleyi rəsmi Parisin atacağı konstruktiv addımlardan daha çox Azərbaycanın milli maraqlarına söykənən prinsipial siyasətindən asılı olacaq. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 2023-cü ilin dekabrında casusluq fəaliyyətində ittiham olunaraq saxlanılan və ötən ay 10 il müddətinə azadlıqdan məhrum edilən “Merkorama” MMC-nin baş direktoru Martin Rayanın işi hazırda Bakı ilə Paris arasında əsas müzakirə mövzularından biridir. Qeyri-rəsmi mənbələrin məlumatına görə, rəsmi Paris münasibətlərdəki uzunmüddətli gərginliyə rəğmən öz vətəndaşının taleyini həll etmək məqsədilə Bakı ilə birbaşa və intensiv təmaslara başlayıb. Bu danışıqların diqqət mərkəzində Rayanın cəzasının azaldılması və ya onun əfv edilərək Fransaya ekstradisiyası məsələsi dayanır. 

Müzakirələrin həlledici mərhələsi kimi Azərbaycanın 28 May – Müstəqillik Gününü qeyd etməyə hazırlaşdığı dövr diqqət mərkəzindədir. Azərbaycanın dövlətçilik ənənəsində mühüm bayramlar ərəfəsində əfv sərəncamlarının imzalanması və humanizm prinsiplərinin ön plana çəkilməsi ənənəvi hal alıb. Fransa tərəfi məhz bu tarixdə rəsmi Bakının növbəti dəfə humanist addım ataraq Martin Rayanı azad edəcəyinə ümidlənir. Xatırladaq ki, 2025-ci il mayın 26-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə digər bir Fransa vətəndaşı – metro deposuna gizli daxil olaraq vaqonları boyadığı üçün əmlaka ziyan vurma ittihamı ilə saxlanılaraq həbs edilən Teo Klerk azadlığa buraxılmışdı. Bu baxımdan, gözlənilən yeni əfv sərəncamının Martin Rayana da şamil olunma ehtimalı nə dərəcədə realdır?

Hüquqşünas Əkrəm Həsənov XQ-ya açıqlamasında qeyd etdi ki, Martin Rayana qarşı irəli sürülən ittihamlar kifayət qədər ağırdır: “Məlum olduğu kimi, martın 16-da “Merkorama” MMC-nin baş direktoru Martin Rayanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxunub. İstintaq zamanı Rayanın Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) tərəfindən məxfi əməkdaşlığa cəlb edildiyi və onlardan aldığı tapşırıqlar əsasında fəaliyyət göstərdiyi sübuta yetirilib. O, Azərbaycanın hərbi sahədə Türkiyə, Pakistan və digər tərəfdaş ölkələrlə əməkdaşlığı, hərbi sənaye məhsullarının istehsalı və ordu quruculuğu ilə bağlı strateji məlumatların toplanılmasında ittiham olunub. Həmçinin Rayanın Azərbaycan vətəndaşlarının Fransa kəşfiyyatı ilə əməkdaşlığa cəlb edilməsi prosesində vasitəçilik etdiyi müəyyən edilib.

Bəli, ittihamlar kifayət qədər ağırdır. Onu da nəzərə almalıyıq ki, ötən il əfv edilən digər Fransa vətəndaşı Teo Klerk Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hüquqi baxımdan bu iki iş arasındakı fundamental fərq ondan ibarətdir ki, Martin Rayanın əməli xüsusilə ağır cinayət hesab edildiyi halda, Teo Klerkin əməli isə mülkiyyətə zərər vuran az ağır cinayət kateqoriyasına aiddir”.

Bununla belə, Ə.Həsənov növbəti əfv sərəncamının Martin Rayana şamil edilməsi ehtimalını şərh edərkən bu addımın hüquqi və siyasi tərəflərini belə əsaslandırdı: “Hesab edirəm ki, bu cür qərarın verilməsi iki əsas səbəbdən mümkün ola bilər. Birincisi, Azərbaycan Prezidentinin humanist siyasəti hər kəsə bəllidir. Bu siyaət xüsusilə xarici vətəndaşlara şamil olunduqda, Azərbaycanın beynəlxalq imicinə birbaşa müsbət təsir göstərir. Törədilən əməlin dövlətə vurduğu ziyandan və şəxsin milli mənsubiyyətindən asılı olmayaraq, ölkə başçısı bu cür humanist addımları dəfələrlə atıb. Digər tərəfdən, hazırda Fransa ilə münasibətlərdəki kəskin gərginliyin nisbətən səngidiyi və müəyyən təmasların yarandığı müşahidə olunur. Azərbaycan qanunvericiliyinə görə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə proseduru üçün xüsusilə ağır cinayət törətmiş şəxs cəzasının ən azı üçdə iki hissəsini çəkməlidir. Rayanın 10 illik cəzasını nəzərə alsaq, o, təxminən 6 il 8 aydan sonra məhkəməyə müraciət etmək hüququ qazanır. Lakin Konstitusiyanın 109-cu maddəsinə əsasən, Prezidentin əfv sərəncamı cəzanın çəkilmiş hissəsindən asılı olmayaraq tətbiq edilə bilər”.

Milli Məclisin deputatı Zahid Oruc qeyd etdi ki, Fransa vətəndaşı Martin Rayanın Azərbaycanda casusluq ittihamı ilə məhkum olunması həm hüquqi, həm də siyasi baxımdan olduqca həssas və geniş ictimai rezonans doğuran mövzulardan biridir: “Martin Rayanın uzun illər Azərbaycanda fəaliyyət göstərdiyi, biznes strukturlarında təmsil olunduğu və 2015-ci ildən etibarən ölkəmizdə müxtəlif iqtisadi əlaqələr qurduğu bildirilir. Lakin 2023-cü ilin dekabr ayında onun saxlanılması ilə vəziyyət tamamilə dəyişdi və ona qarşı casusluq ittihamı irəli sürüldü, məhkəmə qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edildi.

Məsələni hüquqi çərçivədən çıxarıb ona siyasi məna qataraq, ölkəmizə qarşı müxtəlif beynəlxalq təşkilatların apardığı gözdənsalma kampaniyalarının Yelisey sarayı tərəfindən idarə olunduğu şübhə doğurmur. Çünki Vətən müharibəsinin gedişi və savaşın bitməsindən cəmi 10 gün sonra Ermənistanın müraciəti olmadan Qarabağın müstəqilliyinin tanınması haqqında Fransa Senatının çıxardığı qərar, ardınca 4 il ərzində ölkəmizə qarşı çirkin xarakterli hibrid fəaliyyətlər, xüsusilə, “terror mediası”nın əli ilə aparılan məqsədyönlü informasiya kampaniyaları Qələbəmizin hansı qüvvələrin maraqlarına zərbə vurğdunu açıq göstərir”.

Z.Orucun fikrincə, Azərbaycan dövləti öz prinsipial mövqeyini qoruyub saxlayaraq, qətiyyət göstərdi və Parisi səhv siyasətindən geri çəkməyi bacardı: “İndi münasibətlər normallaşıb. Dövlət başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan heç bir təzyiq qarşısında geri çəkilməyəcək, milli maraqlarını qətiyyətlə müdafiə edəcək və beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət prinsipinə əsaslanacaq. Eyni zamanda, ölkəmiz humanist siyasətə sadiqliyini də daim nümayiş etdirir. Mütəmadi olaraq, imzalanan əfv sərəncamları cəmiyyətə reinteqrasiya, sosial ədalət və mərhəmət prinsiplərinə əsaslanır. Bayramlar ərəfəsində verilən əfv qərarları dövlətimizin  humanist xarakterinin göstəricisidir. 

Belə mürəkkəb siyasi və hüquqi fonda Martin Rayan kimi şəxslərə münasibətdə də humanist yanaşma tətbiq oluna bilərmi? Qərar dövlət başçısının kompetensiyasındadır. Çünki bu, yalnız hüquqi deyil, eyni zamanda, siyasi və diplomatik mahiyyətli məsələdir. Nəticə etibarilə, Azərbaycan dövləti bir tərəfdən milli təhlükəsizliyini qətiyyətlə qoruyur, digər tərəfdən zəruri hallarda mərhəmətli addımlar ataraq siyasi iradə nümayiş etdirir”.

Milli Məclisin deputatı, Azərbaycan–Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun keçmiş üzvü Aydın Mirzəzadə məsələ ilə bağlı qəzetimizə açıqlamasında dedi ki, Fransa hökuməti Azərbaycanla, demək olar ki, bütün mədəni körpüləri yandırıb: “Azərbaycan və Fransa arasında münasibətlərin müəyyən dövrdə gərginləşməsinin səbəbkarı rəsmi Bakı deyil, Parisdir. Paris uzun müddət Ermənistanın işğalçılıq siyasətini dəstəkləyib, Vətən müharibəsi və antiterror əməliyyatları dövründə isə ölkəmizə qarşı radikal mövqe nümayiş etdirib. Lakin artıq həmin mərhələ geridə qalıb və hazırda bu əlaqələri normal müstəviyə keçirməyin vaxtı çatıb, üstəlik, Fransadan da münasibətlərin bərpasına dair müəyyən siqnallar daxil olur”. 

Konkret cinayətlərə görə həbs edilmiş Fransa vətəndaşının azad edilməsi məsələsinə gəlincə, A.Mirzəzadə bu prosesin Azərbaycanın daxili məsələsi olduğunu dedi: “Onlar əvvəlcə qanunla müəyyən edilmiş cəzalarını çəkməli, gələcəkdə isə onların əfv edilib-edilməməsi yalnız ölkə başçısının müstəsna səlahiyyətləri çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, iki dövlət arasında əlaqələrin yaxşılaşdırılması prosesi hansısa məhbusun azadlığa buraxılması şərti ilə əlaqələndirilməməlidir. Əgər Fransa tərəfi keçmiş günahlarını yumağa çalışsa, həm məhbus məsələsində müsbət addımlar atıla, həm də gələcəkdə Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun fəaliyyəti bərpa oluna bilər”.

Belə məlum olur ki, Martin Rayan məsələsi Paris üçün sınaq mərhələsidir. Əgər Azərbaycan dövləti növbəti dəfə ali humanizm nümayiş etdirərək müsbət qərar verərsə, bu, Fransanın regiondakı siyasətinə güzəşt deyil, Bakının öz suveren gücünə və mənəvi üstünlüyünə olan inamının təzahürü sayılacaq. Bu düyünün açılması rəsmi Parisin Azərbaycanın milli maraqlarına və bölgədə yaratdığı yeni reallıqlara nə dərəcədə hörmətlə yanaşmağa hazır olmasından birbaşa asılı olacaq. Qısaca, seçim Parisindir, qərar isə Bakının...

Tacir SADIQOV 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see246

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see235

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see231

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see188

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see180

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see180

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see176

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see176

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see172

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see171

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see165

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see165

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see164

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see163

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see161

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see159

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see158

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see151

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see149

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri