Icma.az
close
up
RU
Əsədin “tarixi” açıqlaması: Biz Ermənistanın...

Əsədin “tarixi” açıqlaması: Biz Ermənistanın...

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanın yanındayıq" - bunu Suriya Prezidenti Bəşər Əsəd ötən ilin noyabrında Dəməşqdə qəbul etdiyi Ermənistan parlamentinin vitse-spikeri Hakob Arşakyana söyləmişdi. Bu təbiidir. Ermənilər Əsəd rejiminə sıx bağlıdırlar. Suriyada yaşayan ermənilər Əsədin ordusunda xidmət keçirlər".

Milli.Az xəbər ki, bunu siyasi ekspert Elxan Şahinoğlu Suriyada müxalifət qüvvələrinin Əsəd ordusunu ərazilərdən çıxararaq şəhərləri ələ keçirməsi ilə bölgədə yaranan vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, Əsədin Ermənistana verdiyi dəstək İran amili ilə də bağlıdır:

"Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindən Rusiya ilə birgə Suriyaya hərbçi göndərməyi xahiş etdikdə, KTMT ölkələrindən təkcə Ermənistan müsbət reaksiya verdi. Baş nazir Nikol Paşinyan Suriyaya heyət göndərdi. Bundan məmnun qalan Əsədin Ermənistana verdiyi dəstək İran amili ilə də bağlıdır. İranın dostları və tərəfdaşları avtomatik Əsədin də dostları və tərəfdaşları, düşmənləri isə onun da düşmənləri idi. Əsəd Azərbaycan-Türkiyə müttəfiqliyinə Tehranın prizmasından baxırdı.

Ancaq indi Əsəd elə bir vəziyyətdədir ki, dostları və tərəfdaşları onu yalnız buraxıb. Rusiya və İran dağılmaqda olan rejimi xilas etməyin anlamsız olduğu qənatindədirlər. Ermənilər isə Əsədin simasında sadiq dostlarını itirmək üzrədirlər".

E.Şahinoğlu vurğulayıb ki, önəmli olan Azərbaycanın strateji müttəfiqi Türkiyənin Suriyada maraqlarının təmin edilməsidir:

"Əsəd rejiminin yıxılması perspektivi Suriyanın problemlərinin və ərazi bütövlüyünün təmini anlamına gəlmir. Suriyaya qonşu İraqda Səddam Hüseyn rejiminin devrilməsi bu ölkənin problemlərini azaltmadı. Oxşar vəziyyət Suriyada yarana bilər. Önəmli olan Azərbaycanın strateji müttəfiqi Türkiyənin Suriyada maraqlarının təmin edilməsidir. Bunlardan biri Suriya ərazisində terrorçu PKK və ona bağlı silahlı qrupların neytrallaşdırılmasıdırsa, digəri yerli türkmənlərin təbii haqlarının bərpasıdır. Ermənistan vaxtilə Əsəddən yana oldu, yanıldı, indi Azərbaycanın növbəsidir, Türkiyə ilə birgə Suriyadakı qardaş türkmənlərdən yana olmalıyıq".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri