Icma.az
close
up
RU
ESG platforması COP29 çərçivəsində təqdim olundu

ESG platforması COP29 çərçivəsində təqdim olundu

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

COP29-un altıncı günündə Mavi Zonada Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilən yüksəksəviyyəli dəyirmi masada ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə, yəni Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) təcrübələri və təşəbbüsləri üzrə vahid onlayn məkanın - ESGhub.az platformasının təqdimatı keçirilib.

Sitat.info-nun məlumatına görə, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev bildirib ki, bu gün işgüzar dairələr və cəmiyyətlərin dayanıqlı inkişafa və etik dəyərlərə yanaşmasında böyük dəyişikliklərin şahidi oluruq.

İqlim dəyişikliyi, sosial bərabərsizlik, dayanıqlı maliyyə, şəffaf idarəetmə ilə bağlı çağırışlar dünyada daha geniş miqyasda qəbul edilir və bu mənada ESG prinsiplərinin və ESG üzrə hesabatlılığın vacibliyi gündən-günə artır. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, dövlət-biznes dialoqu çərçivəsində ABB, "Azercell Telecom" və digər maraqlı tərəflərin dəstəyi ilə yaradılan "ESG Hub" Azərbaycan platformasının istifadəyə verilməsi ilə bu çağırışlara cavab vermək hədəflənir.

Təqdimatda qeyd olunub ki, "ESG Hub" platforması sadəcə təqdim etdiyi çoxşaxəli resurslar vasitəsilə ESG sahəsində məlumatlılığın artırılmasını hədəfləmir, həm də dövlət və özəl sektorun ESG səylərini birləşdirən şəbəkə platforması kimi davamlı və dayanıqlı gələcəyə töhfə vermək missiyası daşıyır. Bu platforma imkan verəcək ki, hər bir təşkilat öz fəaliyyətinə ESG dəyərlərini daxil edə bilsin, uzunmüddətli dayanıqlı inkişafa və gələcək nəsillərə töhfə versin.

Vurğulanıb ki, "ESG Hub" təşkilatların ESG prinsiplərini gündəlik fəaliyyətlərinə və uzunmüddətli strategiyalarına daxil etmələrini asanlaşdırmaq üçün geniş imkanlar təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see346

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see255

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see254

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see251

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see224

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see213

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see203

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see191

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see191

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see185

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see177

Kursant faciəvi şəkildə ÖLDÜ

04 İyun 2026 14:10see176

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see176

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see176

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see174

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see172

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see170

Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı

05 İyun 2026 01:24see165

Vlahoviç “Yuventus”un təklif etdiyi müqaviləni rədd edib

04 İyun 2026 02:06see159

Alimlər görməni bərpa edə biləcək yeni üsul kəşf etdilər

05 İyun 2026 06:27see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri