Əsgərlərin aylıq maaşı artırıla bilər MÜHÜM AÇIQLAMA
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması məsələsi müzakirə olunduğu bir vaxtda əsgərlərin də maddi təminatı gündəmə gəlir. Belə ki, müddətli həqiqi hərbi xidmət keçən əsgərlərə ödənilən aylıq pul təminatının artırılması məsələsi də diqqət mərkəzindədir. Bəs əsgərlərin aylıq təminatının artırılması mümkündürmü? Bu addım orduda xidmətə marağın və motivasiyanın yüksəlməsinə necə təsir edə bilər?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əsgərlərə verilən aylıq pul təminatının artırılması da sosial siyasətin ümumi istiqamətinə uyğun olaraq nəzərdən keçirilə bilər:
"Çünki minimum əməkhaqqı, pensiya və sosial müavinətlər artırıldığı halda, hərbi xidmət keçən şəxslərin pul təminatının da diqqətdən kənarda qalmaması vacibdir. Əlbəttə, əsgərlərin təminatının yüksəldilməsi təkcə ümumi qiymət artımı ilə deyil, onların gündəlik ehtiyacları və xidmət şəraiti nəzərə alınmaqla müəyyən edilməlidir.

Bu addımın bir neçə müsbət nəticəsi ola bilər. İlk növbədə əsgərlərin şəxsi ehtiyaclarını qarşılamaq imkanları genişlənər, ailələrindən asılılıqları müəyyən qədər azalar. Digər tərəfdən, hərbi xidmətə münasibətdə sosial ədalət və dövlət qayğısı hissi güclənə bilər. Xüsusilə, müddətli həqiqi hərbi xidmət keçən gənclərin maddi təminatının yaxşılaşdırılması onların xidmət dövründə sosial vəziyyətinə müsbət təsir göstərər. Ancaq burada əsas məsələ artımın real ehtiyaclara uyğun və davamlı olmasıdır. Hərbi qulluqçuların sosial təminatı yalnız maaşla məhdudlaşmamalı, qidalanma, geyim, tibbi xidmət və xidmət şəraiti də daim yaxşılaşdırılmalıdır. Bu sahədə atılan addımlar həm hərbçilərin rifahına, həm də ordunun sosial dayanıqlığına töhfə verəcək".
Müşviq Tofiqoğlu
Azpolitika.info
Baxış sayı:70
Bu xəbər 04 Noyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















