Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Əsgərliklə bağlı bütün suallara aydınlıq gətirildi İZAH

Əsgərliklə bağlı bütün suallara aydınlıq gətirildi İZAH

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Milli Məclisdə "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və digər qanunlarda dəyişiklik edilməsi barədə layihələrə baxılır. Ölkəmizdə hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi post-müharibə dövrünün mahiyyət və məntiqindən, eləcə də beynəlxalq təcrübədən irəli gəlir".

Bu fikirlər deputat Əli Məsimliyə məxsusdur.

Millət vəkili ölkədə həssaslıqla izlənilən sözügedən müzakirələrlə bağlı olan müraciətləri və sözügedən qanuna dəyişikliklərdə əksəriyyəti maraqlandıran məsələlərin yer aldığını nəzərə alaraq əsas məqamlar barədə fikirlərini bölüşüb:

"Birincisi, sadə dildə desək, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilərək əsgərlik yaşı azaldılır. Buna uyğun olaraq bir sıra müvafiq qanunvericilik sənədlərində də dəyişiklilər edilir. Beynəlxalq təcrübə nəzərə alınaraq "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan yaş həddinin 35-dən 30-a endirilməsi ilə bağlı zəruri dəyişikliklər edilir. Bu, çox mütərəqqi bir dəyişiklikdir və bu sahədəki islahatların gedişində davamı da ola bilər.

Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalı idilərsə və bu dəyişiklik qəbul olunub işə düşdükdən sonra isə həmin şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Beləliklə, bu dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış 18 yaşından 35 yaşınadək yox, hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək kişi cinsli vətəndaşlara şamil olunacaq. Rəsmi məlumatlara görə, 2020-2024-cü illər ərzində hər il üzrə 30-35 yaşlı çağırışçılar ümumi resursun 0,2-0,3 faizini təşkil edib. Deməli, sözügedən dəyişiklik çağırış resursuna ciddi təsir göstərməyəcək".

Əli Məsimli daha sonra bildirib:

"İkincisi, layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur və təklif edilir ki, dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar; 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar və alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilsinlər. Bununla yanaşı, təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə də yeniləşdirilib. Belə ki, bakalavriatda əyani təhsil alan tələbələrə çağırışa möhlət, onların 24 yaşı, magistraturada əyani təhsil alan tələbələrə isə 26 yaşı tam olanadək veriləcək. Burada bir nüansı da qeyd etmək lazımdır ki, sözügedən möhlət məsələsində dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək".

Deputat üçüncü mühüm məqama da diqqət çəkib:

"Əgər hazırda qüvvədə olan qanuna əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirsə, yeni varianta əsasən sağlamlıq vəziyyətinə görə bir il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər".

Millət vəkili əlavə edib ki, sadalanan dəyişikliklər səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədinə xidmət edir:

"Sözügedən dəyişikliklər bu sahədə atılan mühüm addımlar kimi ölkəmizdə hərbi xidmətlə bağlı islahatların genişləndirilməsinə yol açacaq"./musavat.com

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:494
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Dekabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see439

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see332

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see331

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see310

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see288

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see287

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see277

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see258

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see242

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see235

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see219

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see218

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see209

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see203

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see202

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see194

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see190

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri