Icma.az
close
up
RU
Əsgərliyin son yaş həddi... yoxdur

Əsgərliyin son yaş həddi... yoxdur

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əsgərliyin yuxarı yaş həddi endirilir. Bu, hələlik təklifdir. Ancaq qəbul olunacağına da şübhəm yoxdur.

Şəxsən mən bu təklifə razıyam. Deputat deyiləm; səs verə bilmərəm. Amma vətəndaş kimi dəstək verirəm.

Bilirsinizmi, niyə? Hər şeydən əvvəl ona görə ki, əsgər təkcə səngərdə, postda dayanan deyil. Hərə cəmiyyətdə olduğu yerdə bir əsgərdir. Təkcə əyninə mundir geyinənləri, çiynində paqon daşıyanları demirəm. Mundirsiz, paqonsuz da əsgərlər var.

Universitet dəhlizlərində dolaşan bir tələbə də həmin an təhsilin əsgəridir. Gələcəkdə bəlkə elmin əsgəri olacaq. Əgər məramı gerçəkdən elm, təhsil almaqdırsa.

Müxtəlif səbəblərdən (təhsil, sağlamlıq və sair) ordu sıralarına qoşulmamış, yaşı 30-u keçmiş insan artıq cəmiyyətdə hansısa bir mövqe, iş-güc, bir çoxu ailə-uşaq yiyəsidir. Mütləq ya dövlət qulluğunun, ya da özəl sektorun əsgəridir. Bəlkə də maraqlı yazıçıdır, yaxud uğurlu rəssamdır... Onun əlindən qələmi, fırçanı alıb, silah verməklə cəmiyyət, dövlət çox şey qazanmaz. Bəlkə daha çox itirər. Üstəlik o yaşa çatana qədər ordu sıralarına qatılmamış çox az adam qalıb.

Bəli, hər kəsə öz əsgərliyini etməyə imkan vermək lazımdır. Cəmiyyət özü də elə özü boyda ordudur. Ona görə də silahdan atəş aça bilənlərə nə qədər ehtiyacımız varsa, qələmdən..."atəş aça bilənlər" də bir o qədər gərəklidir.

Bir zaman məşhur bir deyim vardı: "Döyüş alnımıza yazılıb". Bilmirəm, o yazı alnımızda hələ qalır, yoxsa silinib? Ancaq alnımıza həyat da yazılıb; həm də çox dərin hərflərlə yazılıb. Vətən üçün döyüşüb qəhrəmancasına həlak olanların şəhid kimi, eləcə də, qazilərin qazi kimi ürəyimizdə, başımızın üstündə öz yerləri var. O öz yerində. Bir də ölkəsi üçün qəhrənmancasına... yaşayanlar da var axı. İstər ordudakı əsgər kimi, ya da ordudan kənardakı... əsgər kimi yaşayanlar, xidmət edənlər var. Bu nöqtədən baxsaq, əslində əsgərliyin son yaş həddi... yoxdur.

Bir məqamı da mütləq vurğulamaq lazımdır: həqiqi hərbi xidmət yaşının 30-a endirilməsi, eləcə də, möhlət hüququ ilə bağlı yeniliklər Azərbsycan ordusunun həm komplektləşdirilməsində, həm də xidmətin təşkilində çevikliyi və mobilliyi təmin edəcək. Məlumdur ki, müddətdən artıq hərbi xidmət edənlər (MAXE) həqiqi hərbi xidməti başa vurmuş şəxslər arasından seçilib qəbul olunur. Təsəvvür edin, 35 yaşdan sonra orduya qəbul olunan MAXE 35, 36, 40 və sair yaşlarda olurdu. Amma indi bu yaş həddi endirildikdə, 30 yaş və daha aşağı yaşda olan keçmiş əsgərlər orduda müddətdən artıq xidmətdə iştirak edə biləcəklər. Bu da Silahlı Qüvvələrdə təcrübəli hərbi qulluqçuların sayının artmasına səbəb olacaq. Bu da xidmətin keyfiyyətinə müsbət təsir edəcək. Nəticədə Azərbaycan ordusunun Türkiyə modeli üzrə qurulması daha da sürətlənəcək. Bu səbəbdən də Milli Məclisə göndərilmiş təklif qəbul olunsa, bu, ordu quruculuğunda effektiv islahatlar strategiyasının daha bir mühüm mərhələsinə start verəcək. Məlumdur ki, Azərbaycan 2025-ci il üçün dövlət büdcəsində müdafiə və təhlükəsizlik məqsədləri üçün nəzərdə tutulan xərclər 8 milyard 396,3 milyon manatdır. Bu da 2024-cü ildəkindən 1 milyard 738 milyon manat çoxdur. 2020-ci il 27 sentyabr -10 noyabr tarixləri arasındakı 44 günlük Vətən Müharibədən və qazanılmış tarici qələbədən, eləcə də, 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra da müdafiə və təhlükəsizlik məqsədlərinə ayırmalar hər il artırılır. Bu, əlbəttə, birinci növbədə dövlətin, şəxsən Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu quruculuğuna və milli təhlükəsizliyin qorunmasına xüsusi, həm də sistemli və ardıcıl diqqətinin nəticəsidir. Eyni zamanda Azərbaycan torpaqları azad olunduqdan sonra Silahlı Qüvvələrin xidmət ərazisi, məsuliyyət zonası daha da genişlənib, qarşısına qoyulam vəzifələr daha da çoxalıb. Bundan başqa Azərbaycanın Ermənistanla şərti sərhədlərində delimitasiya prosesi başlanıb, bəzi hissədə artıq demsrkasiya da var. Beləliklə, həm Şərqi Zəngəzurun azad olunması nəticəsində İranla dövlət sərhədlərimizin, həm də Qarabağın və Şərqi Zəngəzurun azad olunması ilə Ermənistanla şərti sərhədlərimizin mühafizəsi təşkil olunub. Bu da daha çox sayda hazırlıqlı, çevik şəxsi heyətin formalaşdırılmasını tələb edib. Bundan başqa Vətən müharibəsinin bitməsindən 4 ildən çox vaxt keçib, amma Ermənistanla sülh sazişi imzalanmayıb. Buna da səbəb həm Ermənistan hökumətinin qeyri-konstruktiv mövqeyi, həm Ermənistan cəmiyyətindəki irrasional revanşizm meylləri, həm də bölgəyə daxil oımaq istəyən, bunun üçüm də qonşu dövləti siıahlandıran bəzi Qərb dövlətlərinin, eləcə də, Hindistan və sair kimi aktorların təsir və təzyiqıəridir. Bütün bunlara görə də Azərbaycanda ordu quruculuğuna diqqət daha da artırılır. Sözügedən qanun layihəsi də, dediyimiz kimi, bu zərurətdən doğub və zamanın tələbidir.

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:780
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri