Icma.az
close
up
RU
Ən zəif çıxış edənlər Kadi ilə Bikalyo idi Aslan Kərimov Atletik ə məğlubiyyətin sirrini açdı

Ən zəif çıxış edənlər Kadi ilə Bikalyo idi Aslan Kərimov Atletik ə məğlubiyyətin sirrini açdı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın Çempionlar Liqasındakı zəfər yürüşünə Bilbaoda son qoyuldu. Azərbaycan çempionu səfərdə “Atletik”lə bacarmadı – 1:3.

Bəs “Qarabağ” niyə məğlub oldu, rəqibə hansı komponentlərdə uduzdu, sonrakı oyunların hansında xala ümid edə bilərik? Bütün bu suallar ətrafında təcrübəli mütəxəssislərdən Aslan Kərimovla danışdıq:

“İspan təmsilçisinə qarşı oynayırdıq. Oyundan öncə də qarşılaşmanın hansı istiqamətdə keçəcəyini təxmin etmişdik. Elə ilk dəqiqələrdən rəqibin yüksək təzyiqi ilə üzləşdik. Amma təxmin edə bilmədiyimiz məqam 1-ci dəqiqə tamamlanmamış vurduğumuz qol idi (gülür). Düşünürəm ki, bunu heç kim öncədən proqnozlaşdıra bilməzdi. Rəqib müdafiəçilərin bir-birini anlamaması nəticəsində yaranan fürsətdən istifadə edib erkən qolla hesabı açdıq. Əslində bundan sonra oyunun bizim üçün bir qədər də asanlaşacağını və daha çox qol vəziyyəti yaradacağımızı gözləyirdik. Təəssüf ki, rəqib bizə, demək olar, oynamağa imkan vermədi. Düzdü, bəzi məqamlarda – xüsusən də ardıcıl təzyiqdən sonra rəqibdə müəyyən yorğunluq hiss olunurdu. Həmin anlarda biz əks-hücumlar zamanı təhlükəli vəziyyətlər yarada bilirdik. Lakin bunlardan istifadə edə bilmədik. Əvvəldən də bilirdik ki, bu qədər yüksək təzyiqlə oynayan komanda müəyyən boşluqlar verəcək. Təəssüf ki, həmin boşluqları dəyərləndirə bilmədik. Əvəzində rəqib komanda bizi topla oynamağa qoymadı. Halbuki “Qarabağ”ın oyun fəlsəfəsi məhz topa nəzarət üzərində qurulub. Müdafiəçilər topu alar-almaz rəqib elə güclü təzyiq edirdi ki, top yarımmüdafiə xəttindən irəli – hücuma keçə bilmirdi. Rəqib yarımmüdafiəçilər tez-tez topu ələ keçirir və hər dəfə bundan sonra təhlükəli vəziyyətlər yaradırdılar. Düşünürəm ki, oyun sona qədər bu məcrada davam etdi. Bəxtimiz bir qədər gətirdi ki, Uilyams qardaşları özlərinin ən yaxşı formasında deyildilər. Bu əslində “Atletik”in oyun üslubudu: yüksək pressinqdən sonra topu qazanıb Uilyams qardaşlarından birini təkbətək çıxarmağa çalışırlar. Onlar texniki baxımdan çox güclüdülər, adətən, belə hücumlarla qollar vururlar. Amma bu dəfə uzun müddət oynamayan böyük qardaş İnyaki Uilyams istədiyi səviyyədə deyildi, Niko isə ilk yarının sonlarına yaxın zədələndi. Lakin onların əvəzinə meydana çıxan oyunçular bizə daha çox problem yaratdı. Birinci hissənin sonunda artıq hesab bərabərləşdi. Hesab o hissədə 4:1 və ya 5:2 də ola bilərdi, çünki rəqib çoxlu real qol imkanı qazanmışdı. İkinci hissədə də eyni ssenari davam etdi. Biz təzyiq etməyə çalışsaq da, onlar rahatlıqla oyunu qura bilirdilər. Bəlkə də Yankoviçin yoxluğu meydanın mərkəzində aqressivliyi azaltdı. O daha sıx oynayan, topu yaxşı “qapan” yarımmüdafiəçidi. Markonun yoxluğu Kadi Borgeslə Pedro Bikalyonun üzərinə əlavə məsuliyyət qoydu, amma onlar bu yükün öhdəsindən gələ bilmədilər. Ümumilikdə rəqib 90 dəqiqə ərzində bizə oynamağa imkan vermədi. Üzücü tərəf odu ki, bu qədər çətin oyuna baxmayaraq, biz yenə də heç-heçə edə bilərdik. 84-cü dəqiqədə Kaşuk əks-hücumda real qol vəziyyətinə çıxdı, qapıçını aldatsa da, topu tora sala bilmədi. Düşünürəm ki, oyunun gedişində xüsusi “qırılma anı” olmadı. İlk saniyələrdən etibarən üstünlük rəqib tərəfdə idi. Sadəcə, biz nadir fürsətlərimizdən birini dəyərləndirsəydik, bəlkə də heç-heçə edə bilərdik. Rəqib, doğrudan da, çox yaxşı oyun sərgilədi və sonda 3:1 hesablı qələbə qazandı. Amma məni bir qədər narahat edən məqam tənqidlərin yalnız yerli futbolçuların, məsələn, Elvin Cəfərquliyevlə Toral Bayramovun üzərinə yönəlməsidi. Məncə, bu oyunda ən zəif çıxış edənlər mərkəzdə oynayan Kadi ilə Bikalyo idi. Onların vəzifəsi topu müdafiədən alıb hücumu qurmaq idi, amma bu funksiyanı yerinə yetirə bilmədilər. Rəqib futbolçular ikili mübarizələrin, demək olar ki, hamısında qalib gəlirdilər. Nəriman da bu oyunda potensialını tam göstərə bilmədi. Yarımmüdafiə xətti topu saxlayıb hücumçulara ötürə bilmirsə, hücumçunun da görəcəyi çox şey qalmır. Hücumçu topu özü götürməli olur ki, bu da əlbəttə, çox çətindi. Qarşıdakı oyunlarla bağlı qısaca danışsaq, hesab edirəm ki, “Çelsi” və “Liverpul”, ümumiyyətlə, İngiltərə təmsilçiləri bizim üçün həmişə çətin rəqibdi. İngiltərə premyer-liqasının intensivliyi və səviyyəsi hamıya məlumdu. Hazırda da “Çelsi”nin performansı açıq-aşkar görünür. Bəlkə də əvvəlki illərlə müqayisədə “Çelsi” indi ən yaxşı formasında deyil, Bakıda oynamaq bizim üçün ciddi üstünlüyə çevrilə bilər. Onların uzun yol qət etməsi, yorğun olmaları və Bakıdakı oyunu nə qədər vacib saymaları bizim üçün əlavə üstünlük yarada bilər. Təbii ki, oyun çətin olacaq. Ağır qarşılaşma gözləyirik, amma “Çelsi” ilə heç-heçə edə bilsək, mənim üçün bu təəccüblü olmaz. Hesab edirəm ki, “Qarabağ”ın hücum xətti yetərincə güclüdü, istənilən rəqibə qol vurmaq potensialımız var. Əminəm ki, Bakıdakı oyunda da qol imkanlarımız olacaq. Bu imkanların çox və ya az olması müzakirə mövzusudu. Eləcə də rəqibin bizim qapımız qarşısında yaratdığı vəziyyətlər. Amma ən azı qol fürsətlərimizin olacağına inanıram. Bu imkanlardan nə qədərini qola çevirəcəyimiz isə oyunun axarından asılı olacaq. Qrupdakı digər rəqibləri müqayisə etsək, “Ayaks” nisbətən zəif təsir bağışlayır. Düşünürəm ki, “Kopenhagen”lə birlikdə “Ayaks” bu mərhələnin ən zəif komandalarındandı. Buna görə də “Ayaks” üzərində qələbə qazanacağımıza inanıram. Üç xal bizim üçün çox vacibdi və həmin oyunda bunu reallaşdıra bilərik. Digər rəqibimiz “Ayntraxt”dı. Onların “Qalatasaray”a 5 qol vurmasına baxmayaraq, son iki oyunda da 5 qol buraxıblar. Bu isə müdafiə planında müəyyən problemlərin olduğunu göstərir. Bu da bizim üçün fürsətdi, xüsusən Bakıdakı oyunda “Ayntraxt” üzərində qələbə qazanmaq potensialımız var. “Napoli”yə gəlincə, bu komanda da son oyunlarda çox qol buraxır, məsələn, PSV-yə 2:6 uduzdular. Düzdü, Neapolda oynamaq çətin olacaq, amma bu görüşə də ümidsiz yanaşmaq üçün əsas yoxdu. “Liverpul”la oyun isə, etiraf etməliyəm ki, ən çətin qarşılaşma kimi görünür. Lakin o, sonuncu oyundu. Ümumilikdə hesab edirəm ki, pley-off mərhələsinə yüksəlmək şanslarımız yüksəkdi. Ən azı 4–5 xal toplamaq potensialımız var və bunu bacaracağımıza inanıram”.

MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Oktyabr 2025 04:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri