Icma.az
close
up
RU
Əslində İranı onlar idarə edir ADLAR

Əslində İranı onlar idarə edir ADLAR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Fevralın 28-dən ABŞ və İsrailin İranda keçirdiyi hərbi əməliyyatlar sırasında bir sıra yüksək rütbəli və vəzifəli şəxslər həlak olsa da ölkənin hakimiyyət sistemi müharibə şəraitində fəaliyyətini və strateji qərarvermə qabiliyyətini qoruyub saxlayır. 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, 1979-cu il inqilabından sonra formalaşan İran İslam Respublikası hakimiyyətin yalnız ayrı-ayrı şəxslərə deyil, bir-biri ilə əlaqəli və çoxpilləli institutlara söykəndiyi mürəkkəb idarəetmə sistemi qurub. Bu sistemin əsas dayağı isə teokratik quruluşun qorunmasına yönəlmiş ümumi bağlılıqdır.

Ali lider həqiqətən əsas fiqurdurmu?
İranın uzun illər Ali Lideri olmuş Ayətullah Əli Xamenei müharibənin ilk zərbələrindən birində həlak olub. 1989-cu ildən bu vəzifəni tutan Xamenei dövlət sistemində mütləq söz sahibi idi və bütün əsas qərarlar onun təsdiqi ilə qəbul edilirdi.
İranın rəsmi ideologiyası olan “vilayət-i fəqih” prinsipinə əsasən, ali lider şiə İslamının qeybə çəkilmiş 12-ci imamının yer üzündə nümayəndəsi hesab olunur və həm dini, həm də siyasi hakimiyyətə malikdir. Onun administrasiyası –“beyt” – dövlət aparatının müxtəlif sahələrinə nəzarət edərək birbaşa müdaxilə imkanına malikdir.
Yeni lider kimi Xameneinin oğlu Müctəba Xamenei bu vəzifəni və onun geniş səlahiyyətlərini miras alıb. Lakin o, atasının malik olduğu nüfuz və qeyd-şərtsiz itaət səviyyəsinə sahib deyil. Bundan əlavə, onun İnqilab Keşikçiləri Korpusundan asılı vəziyyətdə ola biləcəyi ehtimal olunur.
Zərbələr zamanı yaralanan Müctəba Xamenei dövlət televiziyasında “müharibə qazisi” kimi təqdim edilib. Onun təyin olunmasından üç həftədən çox vaxt keçməsinə baxmayaraq, hələ də ictimaiyyət qarşısına çıxmaması və yalnız iki yazılı bəyanat yayması səhhəti ilə bağlı suallar doğurur.

İnqilab Keşikçiləri Korpusunun rolu nə dərəcədə mərkəzidir?
İnqilab Keşikçiləri Korpusu onilliklər ərzində təsirini artırıb və hazırkı müharibə şəraitində, xüsusilə də Xameneinin öldürülməsi və yeni liderin təyin olunmasından sonra strateji qərarların qəbulunda daha da mərkəzi rol oynamağa başlayıb.
Bu qurum rəhbərliyin məhv edilməsi riskinə qarşı əvvəlcədən hazırlaşıb və “mozaika” tipli təşkilati struktura malikdir. Hər bir komandanın əvəzləyicisi əvvəlcədən müəyyən edilib və bölmələr müstəqil şəkildə fəaliyyət göstərə bilir.
Son dövrlərdə bir çox yüksək rütbəli komandir öldürülsə də, onların yerinə təcrübəli şəxslər gətirilib və onlar mürəkkəb hərbi əməliyyatları idarə edə bilirlər. Bu davamlılıq Korpusun həm İran-İraq müharibəsində (1980–1988), həm də Yaxın Şərqdə müxtəlif münaqişələrdə topladığı təcrübədən qaynaqlanır.

Siyasi rəhbərliyin rolu nədir?
İranın siyasi sistemi dini rəhbərliklə seçkili prezident və parlament institutlarını birləşdirir. Bu qurumlar İnqilab Keşikçiləri ilə birlikdə ölkənin idarə olunmasında mühüm rol oynayır. Xameneinin əsas müşaviri Əli Laricaninin öldürülməsi hakimiyyət üçün ciddi itki hesab olunur. Onun müxtəlif hakimiyyət mərkəzləri arasında əlaqə yaratmaq və beynəlxalq danışıqlar aparmaq bacarığı xüsusi əhəmiyyət daşıyırdı. Hazırda təcrübəli siyasətçilər mövcud olsa da, onların bir qisminin daha sərt mövqeli olması ehtimal edilir.

Qalan əsas fiqurlar kimlərdir?
İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Əhməd Vahidi. O, uzun illər bu qurumda təsirli fiqur olub, müdafiə naziri kimi çalışıb. 

"Qüds" qüvvələrinin rəhbəri İsmayıl Qaani. Hazırda İ. Qaani regionda İranın müttəfiqləri ilə əlaqələri idarə edir. 

Hərbi-dəniz qüvvələrinin komandiri Əlirza Təngsiri. Müharibə başlayanda Hörmüz boğazının bağlanmasında mühüm rol oynayıb. 

Parlament sədri Məhəmməd Baqir Qalibaf da ölkənin ən nüfuzlu siyasi fiqurlarından biri sayılır. 

Məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei. Qulam Hüseyn İranda sərt xətt tərəfdarı kimi tanınır və radikallar arasında aprıcı fiqur hesab edilir.  

Prezident Məsud Pezeşkian birbaşa seçilən ən yüksək vəzifəli şəxs olsa da, səlahiyyətləri məhduddur. Lakin yenə də ölkədə və regionda nüfuza sahib şəxs hesab olunur. 

Radikal mövqeyi ilə seçilən keçmiş təhlükəsizlik rəsmisi Səid Cəlili.

Qəyyumlar Şurasının aparıcı üzvlərindən Ayətullah Əlirza Ərəfi.

Xarici işlər naziri Abbas Əraqçi. O, İran hakimiyyətində olan yeganə aparıcı şəxsdir ki, Qərb və digər böyük güclərlə danışıqlarda əsas rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Mart 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri