Icma.az
close
up
RU
İranı idarə edən azərbaycanlılar ADLAR

İranı idarə edən azərbaycanlılar ADLAR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün baş verən etiraz aksiyaları, rejim dəyişikliyinə şağırışlar səbəbilə bütün dünyanın diqqətləri İrana yönəlib. Hazırda yüzlərlə insanın öldürüldüyü, minlərlə şəxsin isə həbsə atıldığı bildirilir. Baş verənləri isə Azərbaycan daha yaxından izləyir. Çünki bu ölkənin əhalisinin yarısından çoxu azərbaycanlılardır.

İran İslam Respublikasında etnik azərbaycanlıların dövlət idarəçiliyində rolu uzun illərdir həm ölkə daxilində, həm də regionda müzakirə mövzusudur. Rəsmi Tehran etnik kimlik məsələsində açıq statistika təqdim etməsə də, mövcud faktlar göstərir ki, hazırda ölkənin ali siyasi, dini və inzibati strukturlarında azərbaycanlı mənşəli şəxslər az deyil.

Modern.az-ın apardığı araşdırma İran hakimiyyətinin müxtəlif pillələrində azərbaycanlı kökənli fiqurların təmsilçiliyini ortaya qoyur.

Ali dini lider və prezident: diqqətçəkən məqamlar

Hazırda İranın prezidenti olan Məsud Pezeşkian 1954-cü il sentyabrın 29-da Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olub. Prezidentin milliyyətcə azərbaycanlı olması ilə bağlı məsələ mübahisə doğurmur. Pezeşkian özü dəfələrlə açıq çıxışlarında azərbaycanlı olduğunu bildirib və bu fakt İran mediasında da yer alıb.

Ölkənin əsas siyasi-dini fiquru, Ali dini lider Seyid Əli Xamenei ilə bağlı da oxşar müzakirələr aparılır. Xameneinin dəfələrlə azərbaycanca çıxış etməsi, eləcə də Şərqi Azərbaycanın Xamnə şəhərindən olması onun etnik mənsubiyyəti ilə bağlı iddiaları gücləndirir. Rəsmi səviyyədə bu məsələ vurğulanmasa da, Xameneinin azərbaycanlı köklərə malik olduğu geniş şəkildə dilə gətirilir.

Parlamentdə azərbaycanlılar

İran parlamentində azərbaycanlı kimliyi ilə tanınan bir neçə nüfuzlu siyasətçi fəaliyyət göstərir.

Onlardan biri də Əhməd Əlirza Beygidir. O, Təbriz, Azərşəhr və Osku dairəsindən deputatdır. O, Güney Azərbaycandan olan və açıq şəkildə azərbaycanlı kimi tanınan siyasi fiqurlardandır. Bu fakt həm İran mediasında, həm də parlamentin rəsmi bioqrafik məlumatlarında qəbul olunur.

Ruhullah Mütəfəkkir-Azad da Güney Azərbaycandan olan və İran parlamentində azərbaycanlı kimliyi ilə tanınan deputatlardandır. 

İran parlamentində yüksək post tutmuş azərbaycanlı fiqurlardan biri isə Əli Nikzaddır. O, hazırda İran İslam Şurası Məclisinin birinci müavini, yəni parlament sədrinin əsas müavini və vitse-spikeri kimi fəaliyyət göstərir. Bu vəzifə qanunverici orqanın rəhbərliyində ən yüksək postlardan biri hesab olunur.

İcra hakimiyyətində: Şərqi Azərbaycanın rəhbəri

İranın strateji bölgələrindən sayılan Şərqi Azərbaycan vilayətinə hazırda Bəhram Sərməst rəhbərlik edir. O, 2024-cü ilin payızında bu vəzifəyə təyin olunub. Valinin azərbaycanlı olması bölgənin etnik tərkibi baxımından diqqətçəkən məqam kimi qiymətləndirilir.

Milli təhlükəsizlik və diplomatiya

Diqqətçəkən məqamlarından biri də təhlükəsizlik və xarici siyasət sahəsində azərbaycanlı kadrların mövcudluğudur.

Vahid Cəlalzadə hazırda İran Xarici İşlər Nazirliyində nazir müavini vəzifəsini tutur. O, Urmiyada anadan olub, daha əvvəl İran parlamentinin deputatı və Qərbi Azərbaycan vilayətinin qubernatoru kimi fəaliyyət göstərib. 

Nazirlər

İqtisadiyyat və maliyyə naziri Abdul Nasser Himmeti

Abdülnəsir Hemməti İranın iqtisadi idarəçiliyində uzun illərdir mühüm rol oynayan simalardandır. O, Həmədan vilayətinin Kabudarahang şəhərində dünyaya gəlib. Himmeti peşəkar iqtisadçı kimi tanınır və müxtəlif dövrlərdə bank sektorunda, hökumətdə yüksək vəzifələr tutub.

O hazırda İran Mərkəzi Bankının sədri vəzifəsini icra edir. Bundan əvvəl isə İqtisadiyyat və Maliyyə naziri postunda çalışıb. Sanksiyalar altında olan İran iqtisadiyyatının idarəsi məhz onun üzərinə düşür ki, bu da vəzifənin strateji əhəmiyyətini göstərir.

Kənd təsərrüfatı naziri - Qulamrza Nuri

Qulamrza Nuri 2024-cü ildən etibarən İranın kənd təsərrüfatı naziri vəzifəsini tutur. Bu nazirlik İran kimi aqrar potensialı böyük olan ölkə üçün strateji əhəmiyyət daşıyır. Nuri daha əvvəl parlament üzvü kimi də fəaliyyət göstərib və bölgə deputatı olub.

Müdafiə naziri - Əmir Əziz Nəsirzadə

İranın güc strukturlarında da azərbaycanlı mənşəli şəxslər yüksək mövqelərə yüksəlib. Onlardan biri Əmir Əziz Nəsirzadədir. O, Şərqi Azərbaycanın Sərab şəhərində doğulub.

Nəsirzadə peşəkar hərbçi kimi uzun yol keçib. O, müxtəlif illərdə İran Hava Qüvvələrində və digər hərbi strukturlarda rəhbər vəzifələrdə çalışıb. 2024-cü ildən etibarən İranın Müdafiə, Silahlı Qüvvələrə Dəstək və Logistika naziri postunu tutur.

Bu vəzifə İranın regional təhlükəsizlik strategiyasında həlledici rol oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Yanvar 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri