Icma.az
close
up
RU
Əsnəyərkən niyə ağlayırıq ? Maraqlı səbəblər və elmi izah

Əsnəyərkən niyə ağlayırıq ? Maraqlı səbəblər və elmi izah

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsanların əksəriyyəti əsnəyərkən gözlərindən yaş axdığını müşahidə edib. Bəzi hallarda bu, sanki ağlamağa bənzəyir.

Əsnəyərkən niyə ağlayırıq?

Əsnəmək həm insanlarda, həm də bir sıra heyvan növlərində müşahidə olunan, bədənin dərin nəfəs alaraq oksigenlə zənginləşdirmə cəhdi ilə əlaqəli refleks hərəkətdir. Əsnəmə zamanı ağız geniş açılır, üz, çənə və göz ətrafındakı əzələlər aktivləşir. Bu əzələlərin koordinasiyalı fəaliyyəti zamanı başda və göz ətrafında təzyiq dəyişiklikləri baş verir.

Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, əsnəmə zamanı baş verən bəzi fizioloji dəyişikliklər gözyaşlarının yaranmasına gətirib çıxarır.

Əsnəyərkən mimik əzələlər, xüsusilə gözətrafı dairəvi əzələlər sıxılır. Bu zaman gözyaşı vəzilərinə təzyiq artır və bu da onların müvəqqəti olaraq daha çox maye ifraz etməsinə səbəb olur. Əsnəmə nəticəsində gözyaşı kanalına yaxın olan əzələlər də hərəkətə gəlir. Bu da gözyaşlarının gözdən daha asan axmasına şərait yaradır. Əsnəyərkən başın yüngül şəkildə geriyə əyilməsi gözyaşının normal axarını dəyişdirə bilər. Nəticədə maye göz qapağından çölə axaraq ağlama görüntüsü yaradır.

Bu vəziyyət nə dərəcədə normaldır?

Oftalmoloqlar bildirirlər ki, əsnəmə ilə bağlı gözyaşı ifrazı tamamilə normal və zərərsiz bir haldır. Bu, gözün quruluğunun qarşısını alan və göz qişasını nəmləndirən bir mexanizmdir. Yəni, əsnəyərkən "ağlamaq" əslində gözün özünü qoruma mexanizminin bir parçasıdır.

Lakin əgər göz yaşarması yalnız əsnəmə ilə deyil, daim müşahidə olunursa və ya gözdə qıcıqlanma, yanma, qaşınma kimi əlamətlərlə müşayiət olunursa, bu zaman allergiya, göz infeksiyası və ya gözyaşı yollarının tıxanması kimi hallar da ehtimal edilə bilər və mütəxəssisə müraciət edilməlidir.

Əsnəmə zamanı göz yaşarması hər nə qədər ağlamağa bənzəsə də, bu, emosional səbəblərlə deyil, sırf fiziki və bioloji faktorlarla bağlıdır. Bu hal sağlamlıq üçün təhlükəli sayılmır və əksinə, gözün təbii qorunma sisteminin bir hissəsidir.

Aysel Əkbər
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 May 2025 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri