Külək necə yaranır və niyə güclü əsir? Maraqlı SƏBƏBLƏR
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Külək havanın yüksək təzyiqli ərazilərdən aşağı təzyiqli ərazilərə doğru hərəkəti nəticəsində yaranır.
Lent.az -ın araşdırmasına görə, bunun əsas səbəbi Günəşin Yer səthini qeyri-bərabər qızdırmasıdır.
Küləyin yaranması belə baş verir:
Günəş Yer səthini qızdırır. Lakin quru, dəniz, dağ və düzənliklər eyni sürətlə isinmir. İsti hava yuxarı qalxır. Çünki isti hava genişlənir və sıxlığı azalır. Nəticədə həmin ərazidə hava təzyiqi aşağı düşə bilər. Soyuq hava onun yerini tutur. Daha yüksək təzyiqli ərazidən aşağı təzyiqli əraziyə hava axını başlayır. Bu hərəkət külək adlanır.
Məsələn, Bakıda gündüz quru hissə dənizdən daha tez qızır. Qurunun üzərində hava isindikcə yuxarı qalxır, dəniz tərəfdən isə nisbətən sərin hava onun yerinə hərəkət edir. Beləliklə, dəniz küləyi yaranır.
Bəs külək niyə bəzən çox güclü olur?
İki ərazi arasında hava təzyiqi fərqi nə qədər böyükdürsə, külək də bir o qədər güclü ola bilər. Yer kürəsinin fırlanması, dağlar, binalar, eləcə də relyef də küləyin istiqamətinə və sürətinə təsir edir.
Bakıda tez-tez müşahidə olunan xəzri şimal istiqamətindən əsən, adətən sərin və bəzən çox güclü olan küləkdir.
Gilavar isə əsasən cənub istiqamətindən əsən, nisbətən isti küləkdir.
Yəni küləyin yaranmasının əsas səbəbi Günəşin yaratdığı temperatur və hava təzyiqi fərqləridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 09 Noyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















